“Diqlas”ın söküləcəyi tarix açıqlandı

Bakıda yanan "Diqlas" ticarət mərkəzinin söküntüsünə hazırlıq işlərinə start verilib.

FaktXəbər bildirir ki, bununla əlaqədar təhlükəsizlik məqsədi ilə ərazi dəmir lövhələrlə hasarlanıb. Binanın damına ağır texnikalar qaldırılıb.

Söküntünü həyata keçirəcək şirkətin əməkdaşı ONA-ya bildirib ki, hazırda söküntüyə hazırlıq gedir: "Binanın söküntüsünə mayın 22-də başlanılacaq".

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.