Din-dövlət münasibətləri: Problemlər və həlli (3-cü hissə-son)

Qapanan dini ocaqlarda təhsili yarım qalmış tələbələri xarici ölkələrə, bu gün “idioloji təsirlərə düşəcək” məktəblərə çox sürətlə çəkib apardı. Hakimiyyətin din-dövlət münasibətlərini düzgün qura bilməməsi, ölkədə yerli təhsil sisteminin qapadılması sonradan Suriya, İraq, İran, Misir, Türkiyə, Səudiyyə və sair dövlətlərdən bu ölkələrə məxsus siyasi düşüncələrin ölkəmizə ixracına rəvac verdi. Hər il “Meşə qardaşları”ndan “Nurçuluq”, “Fətulla Gülən” tərəfdarlarının yetişdirilməsi, Əl-Qaidə, İŞİD və hakimiyyətə görə qəbul edilməyən Hərəm Müdafiəçilərinə qədər müxtəlif yanaşma tərəfdarları, yadlaşdırılan “kəsim” olaraq qəbul edilən inanclı hakimiyyətin yad münasibətinin gətirib çıxardığı nəticələr idi. Neçə-neçə “zərəsizləşdirildi” deyilən bu və sair bənzər məktəb nümayəndələrinin öldürülməsi kimi hakimiyyətin ölkə üçün təhlükə adlandırdığı şəxslər əslində özünün vaxtında düzgün qura bilmədiyi münasibətlərin realığının aydın təzahür edirdi.

Sürətlənən dünya dini baxışların daha çox yaxılıq əldə etmə imkanlarını vertual aləmlə hər bir Azərbaycanlının evinə daşıyanda belə hakimiyyət bu münasibətlərin tənzimlənməsi, yanlış düşüncələrin təsirinə düşməmək üçün ölkənin efir məkanından mədrəsələrinə qədər dini tədrisə zəmin yaratmaq üçün heç bir addım atmadı. Əvəzinə isə vətəndaşının yanlış təsirə düşdükdən sonra yaxşı halda həbsi, pis halda isə məhvi yolunu hakimiyyət daha məqbul bildi. İnanc və inanclı yad övlad kimi üçüncü dövlətin hədiyyəsi olaraq başqa dövlətlərə beləcə ixrac olundu. Hansı ki, din-dövlət münasibətləri tənzimlənəcəyi halda ölkədə normal təhsil kimi din diqqətə alınmalı, mədrəsələr işə salınmalı idi ki, ölkə vətəndaşı bu qiymətli incini başqasının bağından dərməsin. Təssüf ki, hakimiyyət sankı bunun əksi olan hər bir addımı atacağına söz vermiş kimi bu addıma əsla yaxınlaşmır. Din qadağalanır, ruhanilər həbs olunur, məktəb və mədrəsələr qapadılır, dini medialar amansız senzura ilə üzləşir və ən əsası, hakimiyyət dini qadağalayacaq hər bir qanunu sevə-sevə qəbul edir.

Azərbaycanda yadlaşdırılan inanc və bu münasibət səbəbindən əzilən Azərbaycan inanclısı ilk növbədə dövlətindən onun inancına görə doğma davranış görməlidir. İllərdir təzyiq, hədə və sərt davranışlarla qarşılaşan inanclı, qeyd olunanların səmimiyyəti üçün hakimiyyət tutarlı və əsaslı addımların atması zəruridir. Bu ilk növbədə onlara qarşı silsiləvi həbslərin sonlanması və inancına, dini düşüncəsinə görə həbsə atılanların azadlığı ilə özünü göstərməlidir. Başlanğıc olaraq bu addımın ardınca illərdir qapanan mədrəsələr, dini tədris ocaqları fəaliyyətini bərpa etməlidir. Şübhəsiz bu ilkin baxışdan çətin görünsə də, ötən praktikada mədrəsə dərs sisteminin təkmilləşməsi ilə bu layihə çox asanlıqla həyata keçmiş olar. Buna müvafiq olaraq həftəlik efir məkanları bir zamanlar efirlərdə yayımlanan dini verlişlərin qaydışına dəstək olacaq. Bu hal da yeni deyil. Yaxın keçmişdə efir məkanlarda, bütün televiziya kanallarında yayılmlanan və bu gün sərt qadağa ilə üzləşən dini proqramlar bu gün din-dövlət münsibətlərində yaradılan süüni qadağaları aradan qaldırmış olacaq.

Əlbəttə bu sırada illərdir heç bir əsası olmadaq süni qadağalarla üzləşən rəsmi sənədlərdə baş örtüyü, təhsil ocaqlarında yaradılan hicaba məhdudiyyət qaldırılması da bu münsibətlərin bütün kənar təsirlərdən bloklanmasına xidmət edər. Bundan əlavə dini ədəbiyyatın icazəsindəki çətin presedurlar, məscidlərə tətbiq edilən yaş həddi, dini məclislərə müxtəlif səpkili etirazlar da dağılmaqda olan din dövlət münasibətlərinin möhkəmlənmə amili olar. Təəssüflə qeyd olunmalıdır ki, bu sırada bir çox açıq qalan problemlər də əlavə oluna bilər. Hansı ki, son iyirmi ildə İslam bu ölkədə ən çox qadağa və təzyiqlərə məruz qalan həyat tərzi olub. Ona görə də problemlər sıralanarsa bu növbəti bir yazının da mövzusuna çevrilə bilər. Hərçəndi biz din-dövlət münasibətlərinin yaradılan fəsadlar səbəbindən kənar dövlətlərin müdaxilə ehtimallarını nəzərə alaraq bir daha hakimiyyətdə pozulan din-dövlət münasibətlərini tam məhv olmaqdan qorumaq istiqamətində təşəbbüs etdik. Problemlər hakimiyyətin düzgün omayan yanaşım tərzinə görə baş verir və o bu problemləri həll etmək üçün o, addım atmayınca öz xalqının dini inancını qorxulu xəvaric düşüncəsindən üzü aşağı onun üçün təhlükə olan istənilən istiqamətə yönətmiş olacaq. Acısı isə sonda bunda əziyyət təkcə hakimiyyət deyil, bütün Azərbaycan yaşayacaq qədər böyük təhlükəni bu ölkə üçün qaçılmaz edəcək. Bir daha ölkədə din və dövlət münasibətlərinə dönüş edək.

 

Müsəlman Birliyi Hərəkatının Təhlil Mərkəzi.