Daha bir ruhaniyə hökm oxunub

Fevralın 13-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində növbəti ruhani saxta ittihamlarla azadlıqdan məhrum edilib. 2023-cü il yanvarın 30-də saxlanılan Sabirabad rayonu Zəngənə kənd sakini ilahiyyatçı Seyid Rza Ələkbərov narkotik ittihamı ilə məhkəmə önünə çıxarılıb. Hakim ruhanini narkotiklərlə bağlı ittihamda müqəssir bilərək onu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2022-ci ilin sonlarından başlayaraq ölkədə kütləvi hal alan inanclıların həbsi hələ də davam edir. Qeyri dəqiq say həbs olunan inaclıların mindən artıq olduğunu göstərir. Vəkil və hüquq müdafiəçiləri rəqəm söyləməsələr də, onlar da həbsləri həddindən artıq olması qənaətindədirlər. Bu sırada həbs olunan ruhanilərin sayı 50-dən artıqdır.