Ciddi qəbul edilməsi üçün hər kəs ayrı-ayrılıqda həmin acı aqibəti yaşamalıdır?

Hüquq müdafiəçisi Rüfət Səfərov hakimiyyət orqanlarında baş verən zorakılıq hallarına münasibət bildirib. O, hadisələri tənqid edərək ictimai dəstəyin bu işdə zərurətinə diqqət çəkib:
 
"Görürəm ki, Azərbaycanda tənqidçilərin zorlama ilə hədələnməsi, ya da elə zorlanması adi xəbər kimi qarşılanır.
Cəmiyyətin bu kimi informasiylar eyninə deyil.
Qurbanlar şəxsən danışırlar, yayırıq, ictimailəşdiririk, lakin vətəndaşlar veclərinə almırlar.
Hüquq mühafizə orqanlarında təcavüzə məruz qalanlar və ya zorlama ilə təhdid edilənlər məhkəmələrdə danışırlar, hakimlər bir tərəfə qalsın,-çünki onlar əsas etibarilə repressiya maşınının komponenti, ya da “hüquqi maşasıdırlar”,-camaat etina etmir, faciəyə “elə belə də olmalıdır” prinsipi ilə yanaşır.
Sosial şəbəkələrin azsaylı istifadəçiləri, 2-3 media resursu narahat olur, 1-2 post paylaşılır, yaxud yazılmışlar bəyənilir, iş bitmiş sayılır…
Bayaq növbəti faciə yayıldı, məlum oldu ki, D18 Hərəkatının İdarə Heyətinin həbsdəki üzvü Afiaddin Mammadov polis idarəsində zorlanacağı ilə təhdid edilib.
İctimai ovqatın belə şəkil almasının səbəbləri barədə çox düşünürəm və istər-istəməz bu sual meydana çıxır:
Ciddi qəbul edilməsiçün hər kəs ayrı-ayrılıqda həmin acı aqibəti yaşamalıdır?"