"Saudi Aramco"nun Ər-Riyaddakı inzibati binası hava hücumuna məruz qalıb
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun Ər-Riyaddakı inzibati binası hava hücumuna məruz qalıb.
Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, zərərsizləşdirilən hava hədəfinin qalıqlarının düşməsi nəticəsində obyektə cüzi ziyan dəyib. Hadisə zamanı xəsarət alan və ya həlak olan yoxdur. Müvafiq xidmətlər insidentin nəticələrinin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görüblər.













