16 June 2026

Hələ qalib gəlməmiş ola bilərik, amma düşmən məğlub olub

 “Biz mütləq qalib gəldiyimizdən danışmırıq; lakin bilirik ki, düşmən mütləq məğlub olub və dünya ictimaiyyəti bunu görür.”

Aylarla davam edən münaqişədən sonra, İran və ABŞ arasında anlaşma memorandumu nəhayət bağlandı. Lakin son günlərdə həm küçə nümayişlərində, həm də mediada ictimaiyyət arasında çoxsaylı suallar və tərəddüdlər yaranıb. Bəzi müşahidəçilərin fikrincə, vaxtında və şəffaf məlumatların olmaması bu sual işarələrini daha da gücləndirib.

ABŞ-da B-52 bombardmançısı qəzaya uğradı: 8 nəfər öldü

ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles şəhərinin şimal-şərqində yerləşən Edvards Hərbi Hava Bazasına məxsus B-52 tipli strateji bombardmançı təyyarə qəzaya uğrayıb.

Məlumata görə, təyyarə yerli vaxtla saat 11:20-də planlaşdırılmış sınaq uçuşu üçün havaya qalxıb. Lakin uçuşdan qısa müddət sonra qəza baş verib. Hərbi baza rəsmiləri hadisənin ağır nəticələrə səbəb olduğunu və ilkin məlumatlara əsasən ekipaj üzvlərinin hamısının həlak ola biləcəyini bildiriblər.

TKP: “NATO-nun ölkəmizdən çıxmaq vaxtıdır!”

Türkiyə Kommunist Partiyası (TKP), ABŞ və İran arasındakı razılaşma ilə bağlı verdiyi açıqlamada bildirib: “İmperializmə boyun əyməyən İran xalqına salamlar! Bölgədəki imperialist varlığa, ölkəmizdəki bazalara, xüsusən də İncirlik və Kürecikə qarşı durmağa davam edəcəyik və NATO-nu qovana qədər mübarizəmizi davam etdirəcəyik! Bu münasibətlə xalqımızı 5 iyulda Tandoğan Meydanında keçiriləcək NATO əleyhinə mitinqə bir daha dəvət edirik”.

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına Bakıda start verildi

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları keçirilir.

İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantılarının ilk günü 14-cü Özəl Sektor Forumu çərçivəsində halal iqtisadiyyatın inkişafı, etik və dayanıqlı maliyyələşdirmə, KOB-ların yaşıl keçidi, regional inteqrasiya, investisiya imkanları mövzularında görüş və sessiyalar, İİB Qrupuna daxil olan bir sıra təşkilatların idarəetmə orqanlarının iclasları keçiriləcək.

ABŞ Hörmüz boğazına tətbiq etdiyi dəniz blokadasını ləğv edib

3 tanker və 2 yük gəmisi Tehranla Vaşinqtonun razılaşmasından sonra Hörmüz boğazında ABŞ-ın dəniz blokadası zonasından keçib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İrana məxsus 3 neft tankeri və ərzaq məhsulları daşıyan 2 gəmi dəniz blokadasını keçərək hərəkətini davam etdirib.

Hizbullah İsrail ordusunu geri çəkilməyə məcbur etdi

Livanın cənubunda yerləşən Kfartəbnit qəsəbəsinin ətrafında sionist rejim ordusu ilə Livan müqavimət qüvvələri arasında şiddətli toqquşmalar baş verib.

Müqavimət qüvvələrinin yaydığı məlumata görə, rejim ordusu bölgəyə yenidən hərbi qüvvələr cəmləşdirərək irəliləyişə cəhd göstərib. Axşam saatlarında baş verən hadisələr zamanı 5 ədəd “Merkava” tankı və 4 hərbi texnikadan ibarət sionist rejim kolonu raket zərbələri və artilleriya atəşi ilə hədəfə alınıb.

DÇ-2026: İran - Yeni Zelandiya matçında 4 qol: Misir Belçikaya qarşı dirəniş göstərdi

Dünya çempionatının qrup mərhələsi çərçivəsində növbəti qarşılaşmalar baş tutub.

G qrupunda yer alan komandaların ilk oyunları gözlənilməz nəticələrlə yadda qalıb.

İran milli komandası DÇ-2026-da ilk matçına çıxıb. Baş məşqçi Əmir Qalanoyinin yetirmələri Los-Ancelesdə Yeni Zelandiya seçməsi ilə qarşılaşıb. Gərgin keçən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən Azərbaycanda Məhərrəm ayı başlayıb.

QMİ-yə istinadən xəbər verir ki, Məhərrəm ayının 1-i Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edir.