09 June 2026

Özgür Özel: Məsələ CHP-nin daxili məsələsi deyil, Ərdoğanı rəqibsiz etməkdir

Özel baş verənlərin partiya daxili mübahisəsi deyil, "Prezident Ərdoğanı rəqibsiz etmək" olduğunu iddia etdi. Parlamentdə Kılıçdaroğluna qarşı qrup iclası keçirən Özel bunu şəxsi qələbə kimi görmədiyini və ən geci 26 iyula qədər qurultay keçirilməsini tələb etdiyini bildirdi. CHP Qrup sədri Özgür Özel çərşənbə axşamı Parlamentdə qrup çıxışında çıxışına məhkəmə qərarı ilə CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlunun tərəfinin eyni gündə və eyni vaxtda qrup iclası keçirmək cəhdinə toxunaraq başladı.

"Arsenal"ın ən yaxşısı seçildi

"Arsenal"ın qapıçısı David Raya komandanın may ayının ən yaxşı futbolçusu seçilib.

Bu barədə klub məlumat yayıb. İspaniyalı qolkiper ötən ay 5 oyunda meydana çıxıb və cəmi 1 qol buraxıb. O, UEFA Çempionlar Liqasının finalında PSJ-yə qarşı (1:1, penaltilər 4:3) həm oyunda, həm də penaltilərdə inamlı çıxışı ilə fərqlənib.

Mövsüm ərzində Raya 51 matçda 28 "quru oyun"la yadda qalıb və karyerasında üçüncü dəfə Premyer Liqada “Qızıl əlcək” mükafatını qazanıb.

Ayətullah Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək.

Bu barədə “Tasnim” Ayətullah Xameneinin əsərlərinin mühafizə və nəşri ofisinə istinadən məlumat yayıb.

Bildirilib ki, Ali Rəhbərin dəfn mərasimi ilə bağlı yerli və xarici mediada yayılmış iddialar həqiqəti əks etdirmir.

Dövlət ittihamçısı Fransada Məhəmməd Mirzəliyə qarşı sui-qəsddə iştirak edənlərə cəza istəyib

Tənqidçi bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsd işi ilə bağlı bu gün Fransanın Renn şəhərində keçirilən növbəti məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərə ağır cəzalar istəyib. O:

1. Emin Qasımov (kriminal çevrədə Emin Naxçıvanski kimi tanınır) - 30 il ağırlaşdırılmış həbs cəzası. Məhəmməd Mirzəlini vuran şəxsdir.

2. Mehrac Zərbəliyev - 22 il ağırlaşdırılmış həbs cəzası. Məhəmməd Mirzəlini vuran şəxsdir.

Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”

Şahmatçımız Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən “UzChess Cup” ənənəvi beynəlxalq turnirə qələbə ilə start verib.

Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilir ki, ən güclülərin yarışdığı “Masters” bölümündə ölkəni təmsil edən Məmmədyarov birinci turda Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gəlib.

KİV: Tramp İranla münasibətlərin gərginləşməsi halında Netanyahunu dəstəyini kəsməklə hədələyib

ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya bildirib ki, İranla münasibətlərin gərginləşməsi halında o dəstəksiz qala bilər.

Bu barədə “Axios” portalının məsələ ilə bağlı xəbərində deyilir.

ABŞ prezidentinin “Axios” portalına verdiyi müsahibədə səsləndirdiyi versiyaya görə, İsrail rəhbərliyi Vaşinqtonu İrana planlaşdırılan zərbələr barədə onların endirilməsindən qısa müddət əvvəl məlumatlandırıb.

İsrailin Livanın cənubuna hücumları nəticəsində ən azı 14 nəfər həlak olub

Livan Səhiyyə Nazirliyi bazar ertəsi günü İsrailin Livanın cənubuna hücumlarında ən azı 14 nəfərin öldüyünü açıqlayıb. Hücumlar İranın İsrailin Livanı bombalamağa davam edəcəyi təqdirdə qisas alacağı barədə xəbərdarlıqlarına baxmayaraq davam edib.

İsrail və İran Tehranın Livanda İsrail hərbi əməliyyatlarına qarşı başlatdığı qarşılıqlı hücumların sona çatdığını elan etsələr də, Tir və Mərvaniyyə ərazilərində yeni hava hücumları barədə məlumat verilib.

Berri: “Bufer zona” anlayışı qəbuledilməzdir

Livan İsraillə qeyd-şərtsiz quruda, havada və dənizdə tam və hərtərəfli atəşkəs təmin olunması mövqeyindən çıxış edir.

Bunu Livan parlamentinin sədri Nəbih Berri deyib.

“Bizim mövqeyimiz qeyd-şərtsiz olmadan quruda, havada və dənizdə tam və hərtərəfli atəşkəsdir”,- parlament sədri İsraillə əldə edilmiş atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılıq barədə bildirib.

ABŞ ordusuna aid helikopter Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb

ABŞ ordusuna məxsus “AH-64 Apache” döyüş helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, helikopterdə olan iki hərbçi sağ şəkildə xilas edilib. Hadisənin səbəbi isə hələ ki, məlum deyil.

Helikopterin İran tərəfindən vurulduğu, texniki nasazlıq yaşadığı və ya başqa problemlə üzləşdiyi istisna edilmir. ABŞ rəsmiləri hələlik əlavə təfərrüat açıqlamayıblar.