29 March 2026
İsrail polisi Qüdsdə xristian ibadətinin qarşısını alır: Ruhanilər kilsəyə girə bilmir
İsrail polisi Kardinal Pizzaballa və Ata İelponun Qüdsdəki Müqəddəs Qəbir Bazilikası kilsəsində Palm Bazar günü messasını qeyd etməsinin qarşısını alıb. Latın Patriarxlığı tərəfindən qəti şəkildə pislənən bu hərəkət İsraildən heç bir şərh edilməyib.
Qüds Latın Patriarxlığı İsrail polisi tərəfindən Qüds Latın Patriarxı, Müqəddəs Torpaqdakı Katolik Kilsəsinin rəhbəri Kardinal Pierbattista Pizzaballa və Müqəddəs Qəbir Bazilikası kilsəsinin rəsmi qoruyucusu Ata Françesko İelpoya qarşı rəftarı pisləyib.
4 ölkənin xarici işlər nazirləri İran müharibəsini müzakirə etmək üçün Pakistanda görüşüb
Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin "regionda gərginliyin azaldılması" məqsədi daşıyan görüşü İslamabadda başlayıb.
Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin iki günlük görüşü bu gün (bazar günü) Pakistanın paytaxtı İslamabadda başlayıb.
Qalibaf: ABŞ gizli quru hücum əməliyyatı planlaşdırır
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf xalqa müraciətində ABŞ-ı açıq şəkildə ittiham edib. Onun sözlərinə görə, Vaşinqton bir tərəfdən danışıqlar çağırışları edir, digər tərəfdən isə gizli şəkildə quru hücumu planlaşdırır.
Qalibaf bildirib ki, İran silahlı qüvvələri ABŞ qoşunlarının mümkün quru müdaxiləsini gözləyir. O, eyni zamanda raket zərbələrinin davam edəcəyini vurğulayaraq “bu hücumlar dayanmayacaq” ifadəsini işlədib.
Formula 1 üzrə Yaponiya Qran-prisinin qalibi bəlli oldu
Formula 1 üzrə 2026-cı il dünya çempionatının üçüncü mərhələsinin - Yaponiya Qran-prisinin qalibi bəlli olub.
"Mercedes" komandasının italiyalı pilotu Andrea Kimi Antonelli hər kəsi qabaqlayaraq birinci olub.
İkinci yeri "McLaren"dən olan avstraliyalı Oskar Piastri, üçüncü pilləni isə "Ferrari"nin üzvü Şarl Lekler tutub.
İsraildə müharibəyə etirazlar genişlənib
Sionist rejimin işğal etdiyi müxtəlif bölgələrində müharibəyə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib. Etirazlar təxminən 20 fərqli nöqtədə təşkil olunub.
Aksiyalar “əbədi müharibəyə yox, ədalətli və təhlükəsiz sülhə bəli” şüarı ilə keçirilib və müxtəlif ictimai təşkilatların iştirakı ilə baş tutub.
Əsas aksiya Təl-Aviv şəhərində, “Habima” meydanında keçirilib. Burada yüzlərlə etirazçı toplaşıb.
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
Mart ayında İsrailin zərbələri nəticəsində Livanda vəzifəsini yerinə yetirərkən həlak olan səhiyyə işçilərinin sayı 51-ə çatıb.
ABŞ-də “No Kings Day” aksiyası: 9 milyon insan Trampa qarşı küçələrə çıxdı
ABŞ-da təşkil olunan “Krallara yox” adlı kütləvi etiraz aksiyalarında ən azı 9 milyon insanın iştirak etdiyi açıqlanıb. Aksiya təşkilatçıları bu göstəricini “rekord səviyyə” kimi qiymətləndiriblər. Bildirilib ki, ölkənin bütün 50 ştatında 3300-dən çox etiraz tədbiri keçirilib.
Rəsmi qurumlar tərəfindən iştirakçı sayı ilə bağlı hələlik açıqlama verilməsə də, təşkilatçılar aksiyaların ABŞ tarixində ən genişmiqyaslı etirazlardan biri olduğunu vurğulayır.
İran BƏƏ-nin ən böyük sənayə mərkəzini vurdu
İran “Emirates Global Aluminium” (EGA) şirkətinin Əbu-Dabidəki strateji obyektini hədəf alıb.
Xarici KİV-lər xəbər verir ki, İranın raket və dron zərbələri Əbu-Dabidə yerləşən “Əl-Tavilah” zavoduna ciddi ziyan vurub.
Hücum zamanı müəssisənin bir neçə əməkdaşı yaralanıb.
Suriyada hərbi baza İraqdan gələn dronların hücumuna məruz qalıb
Suriyanın şimal-şərqindəki Haseke vilayətində yerləşən Kasrak hərbi bazası İraqdan atılan dronların hədəfi olub.
Bu barədə Suriya ordusunun mətbuat xidməti məlumat yayıb.
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) bu gecə növbəti döyüşünü keçirib.
36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində keçirilən turnirdə çilili İqnasio Bahamondeslə qarşılaşıb.
İdmançılar üç raund ərzində qalibi müəyyənləşdirə bilməyiblər. Yekunda hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.
İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “E-3 Sentry” təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hərbi Hava Bazasında İranın raket və dron hücumu nəticəsində vurulduğunu əks etdirdiyi iddia olunan yeni görüntü yayılıb.
Görüntü son həftələrdə həmin bazaya yerləşdirilmiş “E-3 Sentry” tipli, “81-0005” bort nömrəli təyyarəyə uyğundur.
Səudiyyə Ərəbistanındakı aviabazaya hücumdan əvvəl ABŞ-ın cəmi 16 ədəd istismara hazır “E-3 Sentry” təyyarəsi olub.
Daha bir təhsil müəssisəsi 30-dan artıq hicablı qız şagirdi məktəbdən uzaqlaşdırdı
Fundamental azadlıqlardan biri olan təhsil almaq hüququ növbəti dəfə məktəb rəhbərliyi tərəfindən məhdudlaşdırılıb. Bu dəfə məcburi təhsildən uzaqlaşdırılma faktı Bakı şəhəri, Abşeron rayonu, 4 saylı tam orta məktəbdə qeydə alınıb.













