26 February 2026

18 illik mübarizədən sonra Almaniyada məscid istifadəyə verilib

Almaniyanın Erfurt bölgəsinin paytaxtı Türingiya şəhərində ilk məscid istifadəyə verilib.

Müsəlman ibadətgahı mübarək Ramazan ayının gəlişindən cəmi bir neçə gün öncə açılıb.

Məscidin 8 metrlik minarəsi var.

Məscidin inşası planı 2007-ci ildə start götürsə də, bir sıra cərəyanların, xüsusilə də radikal sağçıların törətdiyi əngəllər səbəbi ilə bu qədər – 18 il uzanıb.

AFFA bu klubları cərimələdi

AFFA İntizam Komitəsi "Kəpəz" və "Sabah" klublarını cərimələyib.

Bu barədə qərar qurumun iclasında qəbul edilib.

Belə ki, Əvəzedicilər Liqasının XVII turunda "Kəpəz-2"nin futbolçusu Nihad İsaqov aqressiv davranışa və rəqibi təhrik etməyə görə birbaşa qırmızı vərəqə alıb. O, 6 oyunluq diskvalifikasiya olunub, klubu 300 manat cərimələnib.

Hələbdə partlayıcı yüklü avtomobil zərərsizləşdirildi

Şeyx Məqsud ətrafında əməliyyat

Suriya Müdafiə Nazirliyi “SANA” agentliyinə açıqlamasında bildirib ki, nazirliyin mühəndis bölmələrindən biri Hələb şəhərinin Şeyx Məqsud məhəlləsi yaxınlığında partlayıcı yüklü avtomobili zərərsizləşdirib.

Məlumata görə, avtomobil park edilmiş vəziyyətdə olub və partlayış üçün hazırlanıb. Təhlükəsizlik qüvvələri hadisə yerində operativ tədbirlər görərək mümkün partlayışın qarşısını alıblar.

Məhkəmə Emin İbrahimovun şikayəti təmin etməyib

7 il azadlıqdan məhrum edilən keçmiş diplomat Emin İbrahimov barəsində çıxarılmış hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Fevralın 25-də Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub. Məhkəmənin qərarına əsasən, Emin İbrahimovun kassasiya şikayəti təmin edilməyib və əvvəlki instansiyaların hökmü qüvvədə saxlanılıb.

Livanda dünya rekorduna bərabər iftar süfrəsi açıldı

Livanda Ginnesin Rekordla Kitabına düşə biləcək miqyasda iftar tədbiri keçirilib.

Beyrut şəhərində qapalı məkanda keçirilən iftar məclisində təxminən 5,8 min insan iştirak edib.

Ölkənin hər bir bölgəsindən və hər təbəqəsindən həmin iftar süfrəsinə qonaqlar dəvət edilib.

Qonaqlar arasında çox sayda yetim qalmış və aztəminatlı ailələrdən olan uşaqlar da olub.

ABŞ İrana hücumdan çəkinir - Səbəbi isə...

ABŞ İrana edilən hücumun onun arsenalını tükəndirəcəyindən və Amerika qoşunları arasında itkilərə səbəb olacağından qorxur.

Bu barədə "Politico" nəşri məlumat yazıb.

Nəşrin məlumatına görə, bu səbəbdən ABŞ İrana qarşı "baş kəsmə hücumu" ssenarisini nəzərdən keçirir.  Bu ssenariyə əsasən qısamüddətli hücumla İranın nüvə obyektləri və İslam Respublikasının yüksək rəhbərliyi hədəfə alınacaq.

Ailəsi: “Tofiq Yaqublu ‘kars’a salınıb, buna etiraz olaraq aclığa başlayıb“

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun saxlanıldığı Bakı İstintaq Təcridxanasında 1 həftə müddətinə cərimə kamerasına ("kars") salındığı bildirilir. 

Bu barədə onun qızı Nigar Həzi sosial media hesabında vəkil Nemət Kərimliyə istinadən məlumat verib. 

Onun sözlərinə görə, fevralın 25-də vəkil T.Yaqublu ilə görüşmək üçün təcridxanaya gedib və siyasətçinin artıq 3 gündür "kars”a salındığı məlum olub.