XXV Qış Olimpiya Oyunları başa çatdı

İtaliyanın Milan və Kortina şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Tarixdə ilk dəfə böyük idman mərasiminin bağlanış mərasimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alan tikilidə keçirilib. Mərasim müxtəlif maraqlı çıxışlarla yadda qalıb.

Mərasimin sonunda olimpiya bayrağı tədbirə 2030-cu ildə ev sahibliyi edəcək Fransaya ötürülüb.

Olimpiadada medal sayına görə ilk yerdə Norveç qərarlaşıb. Sonrakı yerləri ABŞ və Niderland bölüşür.