"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü, ictimai fəal Sara Rəhimova barəsində cinayət işi açıldığı və onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir. Bu barədə onun özü məlumat yayıb.
İctimai fəalın sözlərinə görə, pasportunun müddəti bitdiyindən yeni sənəd almaq üçün müraciət edib. Fevralın 21-də hazır sənədi götürmək üçün "ASAN Xidmət"ə yaxınlaşarkən mühafizə otağına aparılıb və orada barəsində 2024-cü ildə cinayət işi açıldığı, axtarışda olduğu və ölkədən çıxışına qadağa qoyulduğunu eşidib: "Mənə otaqda qalmalı olduğum və polislərin gələcəyi deyildi. Daha sonra polis əməkdaşları gələrək məni 28-ci Polis Bölməsinə apardılar. Orada isə məsələ ilə bağlı məlumatlarının olmadığını və cinayət işinin Səbail rayon Polis İdarəsi tərəfindən açıldığını bildirdilər".
S.Rəhimova əlavə edir ki, daha sonra Səbail rayon Polis İdarəsinin əməkdaşları gələrək onu idarəyə aparıblar: "Orada isə hazırda işimə baxan müstəntiqin işdə olmadığı və bazar ertəsi günü çağırılacağım bildirildi. Qısacası, cinayət işinin nə barədə olduğu və Cinayət Məcəlləsinin hansı maddəsinə aid olduğu açıqlanmadı. Hazırda azadlıqdayam...".
Bu məlumata Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
"İşçi Masası"- nın daha bir üzvü barəsində cinayət işi açılıb