06 December 2025

DÇ-2026-nın püşkü atıldı

Bu gün ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Vaşinqtonda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Püşkatmadan əvvəl ölkələr 4 qrupa bölünüblər. İlk 3 səbətdəki yığmalar artıq məlumdur. 4-cü səbətdə İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti və Yeni Zelandiyadan başqa, pley-off mərhələsindən gələcək 6 komanda yer alacaq.

İslam ölkələri Qəzza sərhəd-keçid məntəqəsinin birtərəfli işləməsinə qarşı çıxıb

Ərəb Dövlətləri Liqası (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Misirlə Qəzza zolağı arasındakı “Rafah” sərhəd-keçid məntəqəsinin yalnız bir istiqamətdə fəaliyyətinin bərpasına qarşı çıxıblar. Bu barədə Misir Xarici İşlər Nazirliyi birgə bəyanat yayıb.

İraqın rabitə naziri Bibiheybət Ziyarətgahında olub

Azərbaycanda rəsmi səfərdə olan İraq Respublikasının rabitə naziri, İraq-Azərbaycan birgə komissiyanın sədri xanım Hayam əl-Yasiri İraqın Azərbaycandakı səfirinin müşayəti ilə Bibiheybət Ziyarətgah Kompleksini ziyarət edib.

Qonaqlara Bibiheybət məscidində torpağa tapşırılan İmam Museyi Kazimin (ə) qızı Fatimeyi-Suğranın (Xanım Həkimə (s.ə.)) bu torpaqlara gəlişi və Bibiheybət məscidi haqqında geniş məlumat verilib.

Bir qrup mühacir Almaniyada siyasi məhbuslara azadlıq aksiyası keçirib

Dekabrın 5-də bir qrup siyasi mühacir Almaniyada siyasi məhbusların azadlığı çağırışı ilə aksiya keçirib. Paytaxt Berlində, Baranderburg Torun qarşısında baş tutan aksiya Azərbaycanda sayı 400-ə çatan siyasi məhbusların, xüsusi olaraq son günlər intensiv həbslərə məruz qalan Azərbaycan Xalqı Cəbhəsi funksionerləri başda Əli Kərimli olmaqla, üzvülərin azadlığını tələb edib.

Seyyid Mirtofiq Hüseynov həbs müddətini başa vuraraq azadlığa çıxıb

Müsəlman Birliyi Hərəkatının üzvü Seyyid Mirtofiq Hüseynov cəza müddətini tamamlayaraq azadlığa buraxılıb. İnanclı fəal 6 dekabr səhər saatlarında 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən (Tubzon) azad edilib. Bununla o, dekabr ayında həbs müddəti bitərək azadlığa çıxan üçüncü MBH üzvü olub.

Hizbullahdan sərt mesaj: “Heç kim bizi müdafiə gücündən məhrum edə bilməz”

Şeyx Nəim Qasim: “Mülki iştirak şərtsiz mümkün deyil - bu addım yeni bir səhvdir”

Hizbullahın baş katibi Şeyx Nəim Qasim “Nəci və Midad” adlı tədbirdə çıxış edərək, atəşkəsin monitorinqi üçün nəzərdə tutulan “mekanizm” komitəsinə mülki rəhbərin daxil edilməsini kəskin şəkildə tənqid edib. O bildirib ki, bu addım əvvəldən elan olunmuş şərtlərə - yəni mülki üzvün yalnız düşmənçilik aktları dayandırıldıqdan sonra qəbul edilə biləcəyi prinsipinə - ziddir.

 

Növbəti ənənəvi cümə namazı qılınıb

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Əhli-beyt hüseyniyyəsində növbəti cümə namazı retualı icra edilib. Namaz Höccətül-islam Hacı Rüfət Məmmədov tərəfindən qılınıb.

Hacı bu cümə namazı xütbəsində "nəfsani istəklər" mövzusuna toxundu və nəfsi istəklərə qeydsiz-şərtsiz itaət etməyin zərərlərindən danışıb. O, eyni halda nəfsə qotulan qadağanın insanın inkişaf amili olmasına diqqət çəkib.

Gültəkin Hacıbəylinin saxlanılması Türkiyə parlamentində müzakirəyə çıxarılıb

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin İstanbulda saxlanılması və barəsində tətbiq olunan G-82 məhdudiyyət kodu Türkiyə Böyük Millət Məclisinin gündəminə çıxarılıb.

Gültəkin Hacıbəyli noyabrın 29-da Türkiyədə kirayə yaşadığı evinə gələn dörd polis əməkdaşının onu heç bir hüquqi əsas göstərmədən İstanbuldakı Arnavutköy Deportasiya Mərkəzinə apardığını bildirib.

Ruhani, əxlaq polisi, yoxsa nifrət hədəfi?! II hissə

Mövzuya əvvəlcə belə baxaq: məscidin qapısını bağlayıb, əyləncə və əxlaq pozucu məkanlara uşaqların girişinə göz yuman polisin, məscid qapısında isə yaşı bir aydan sonra 16 olacaq yeniyetmələri "Allah evinə buraxmaması" olduqca düşündürücüdür. Burada sadə bir həqiqət özü-özlüyündə hadisəni izah edir. Qanunun qüvvəyə mindiyi ilk günlərdə, o cümlədən Məhərrəmlik və Aşura mərasimlərində bu qadağanı icra etməyə cəlb olunan polislərin üzünə deyilən sözləri, onlara yönələn baxışları təkcə özləri deyil, bütün ətraf çox yaxşı anlayırdı.