03 December 2025

Azərbaycan Kubokunda 1/4 finalın daha bir iştirakçısı bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Şamaxı” doğma meydanda “Baku Sportinq”i qəbul edib. Görüşün taleyini bir qol həll edib. Abdullahi Şuaybu 69-cu dəqiqədə fərqlənib. 1/4 finala vəsiqə qazanan Şamaxı təmsilçisi bu raundda "Qarabağ" - "Karvan-Yevlax" cütünün qalibi ilə qarşılaşacaq.

Hazırda davam edən “İmişli” - “Sabah” matçında isə əsas vaxt 1:1 hesabı ilə başa çatdığından əlavə vaxt oynanılacaq.

X platformasında müsəlmanlara qarşı nifrət dolu çıxışlar artır

X platformasındakı son dəyişikliklər İslam əleyhinə məzmunun artmasına səbəb olub.

Bu xüsusiyyət hesabların kateqoriyalara bölünməsini asanlaşdırıb və dini və coğrafi kimliyə əsaslanaraq hədəf almağa imkan verib.

Statistika və tədqiqatlar onlayn platformalarda nifrət mənbələrində əhəmiyyətli bir fərq olduğunu göstərir və bəzi ölkələr qlobal siyahıda birinci yerdədir.

Müsəlman Alimlər Şurası Fələstin üçün çağırış edib

Müsəlman Alimlər Şurası beynəlxalq ictimaiyyəti Fələstin hüquqlarını qorumaq və Qüds mərkəzli müstəqil bir dövlət qurmaq hüquqlarını təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.

Əl-Əzhər Şeyxi Əhməd Tayyibin sədrliyi ilə keçirilən Şura 29 noyabr, Fələstin Xalqı ilə Həmrəylik Günündə Fələstinin ərəb, İslam və insan vicdanında ədalətli və mərkəzi bir məsələ olaraq qalacağını bildirib.

BGMİ-nin din rəhbərləri İranda görüşlər keçiriblər

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov, Qərbi Gürcüstan müftisi Hacı Adəm Şantadze və nümayəndə heyəti İran İslam Respublikasına səfər ediblər.

Heyət Tehranda İranın Ali Dini Liderinin beynəlxalq münasibətlər şöbəsinin müdiri Ayətullah Mohsen Qomi, “İslam Mədəniyyəti və Əlaqələri Təşkilatı”nın rəhbəri İmani Pur və Əhli-Beyt (ə) Dünya Assambleyasının sədri Ayətullah Ramazani ilə görüşlər keçirib.

Tehran və Bakı arasında tezliklə yüksək səviyyəli təmaslar keçiriləcək

Azərbaycanın Tehrandakı səfiri iki ölkənin rəsmiləri arasında yüksək səviyyəli səfərlərin yaxın gələcəkdə də davam edəcəyini açıqlayıb.

İSNA-ya verdiyi müsahibədə Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə Qarabağda keçirilən İƏT sammitini və təşkilatın gələcəyini qiymətləndirib.

Əlizadə deyib: "Bu ilki İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti ərazilərin azad edilməsindən bəri ilk dəfə Qarabağın Xankəndi şəhərində keçirildi.

“Son nəfəsimizə qədər silahı yerə qoymayacağıq!”

Hizbullah: Silahsızlaşdırma tələbləri qəti şəkildə rədd olunur

Hizbullahın Bəqa vadisindəki yüksək rütbəli hərbi komandiri Hüseyn ən-Nimr bildirib ki, hərəkat heç vaxt silahlarından imtina etməyəcək və İsrailin davam edən hücumları fonunda silahsızlaşdırma planlarını qəbul etmir. Onun sözlərinə görə, hərəkat müharibə axtarmasa da, hər hansı təcavüz halında öz gücünü və imkanlarını nümayiş etdirməyə tam hazırdır.

 

Britaniyadan İsrailə kəskin xəbərdarlıq: “Qəzza yardımı bir il gözləyə bilməz!”

 “Qəzzaya yardımın gecikməsi artıq qəbuledilməzdir”

Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper İsrailin Qəzzaya humanitar yardımın girişini uzun müddət ləngitməsini kəskin tənqid edib. O bəyan edib ki, Qəzza əhalisi kritik humanitar böhranla üzləşərkən yardımın bir ildən çox yubanması “tamamilə yolverilməzdir”.

 

 “Bu, yalnız bərpa prosesinin ilk addımıdır”

Bolqarıstanda onilliklərin ən böyük etirazları olub

Dekabrın 1-də axşam on minlərlə insan Sofiyada, Bolqarıstanın digər şəhərlərində küçəyə çıxaraq hakim koalisiyanın büdcə planlarına etiraz edib. Ertəsi gün səhər hökumət geri çəkilib.

Kütlə həm də "istefa" şüarları səsləndirib. Müstəqillik meydanına çıxmış insanlar korrupsiya və iqtisadi problemlərə qəzəblərini bildiriblər. Bunlar ölkədə 1990-cı illərdən bəri ən böyük nümayişlər idi.