15 November 2025

COP30 Hesabatı: Qəzza müharibəsi zamanı 25 ölkə İsraili neft ilə təmin edib

Braziliyada keçirilən COP30 sammiti çərçivəsində dərc olunmuş hesabatda Qəzza müharibəsi zamanı 25 ölkənin İsrailə neft təmin etdiyi açıqlanıb. Hesabata görə, Azərbaycan və Qazaxıstandan xam neft Türkiyə və Rusiya vasitəsilə İsrailə daşınıb ki, bu da ümumi daşınmaların təxminən 70 faizini təşkil edir. Hesabatda həmçinin Türkiyənin İsrailə emal olunmuş neft məhsulları satdığı qeyd olunub.

Nablusun şərqində partlayış

Nablusun şərqində İsrail texnikasına qarşı partlayıcı qurğu işə salınıb

Fələstinli müqavimət qrupları İsrail ordusunun Nablusun şərq bölgəsinə hücumu zamanı işğalçı qüvvələrin zirehli texnikasını hədəf alaraq partlayıcı qurğunu partladıb. Hadisə bu gün səhər Qərb Sahilində artan gərginlik fonunda baş verib.

 

Ramallahda basqınlar və atəş açılması

Sankt-Peterburq Əhli-beyt Hüseyniyyəsində cümə namazı qılınıb

Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt Hüseyniyyəsində bu həftə də möminlərin iştirakı ilə növbəti cümə namazı qılınıb.

Cümə namazına Hacı Rüfət Məmmədov imamətlik edib. Fatimə Günlərini (Əyyami Fatimiyyə) əhatə edən əza məclislərində Xanımın dəyərlərindən danışan xatib diqqət edilməli məqamları dilə gətirib.

70 idmançı İsrailin futboldan kənarlaşdırılması üçün UEFA-ya müraciət edib

Aralarında tanınmış futbolçu Pol Poqbanın da olduğu 70 idmançı İsrailin futboldan kənarlaşdırılması üçün UEFA-ya müraciət göndərib.

Noyabrın 11-də ictimailəşdirilən və UEFA prezidenti Aleksandr Ceferinə ünvanlanan məktub “Game Over Israel” və “Athletes 4 Peace” kampaniya qruplarının təşəbbüsü ilə hazırlanıb.