23 June 2025

ABŞ-da kütlə küçələrə çıxdı: “Əlləri İrandan çəkin!”

Amerika xalqı Nyu-Yorkda və digər şəhərlərdə ABŞ-ın İrana hücumlarına etiraz edərək, Trampa "Əvvəlcə xalqı yedizdirin!" səsləniblər.

ABŞ prezidenti Donald Tramp həftə sonu Amerikanın İranın yeraltı nüvə obyektlərinə hücumundan sonra ilk dəfə olaraq İranda rejim dəyişikliyi ehtimalını gündəmə gətirib. Prezident özünün sosial media platforması olan TRUTH SOCIAL-da bu barədə açıqlama verib:

“Toplum TV işi”ndə ittiham aktının oxunması yekunlaşıb

“Toplum TV işi” üzrə keçirilən məhkəmə prosesində ittiham aktının oxunması yekunlaşıb. 

İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının Toplum TV əməkdaşları Elmir Abbasov və Fərid İsmayılov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahova aid olan hissəsi elan edilib.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər. 

NBA çempionu oldular

Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının həlledici oyunu keçirilib.

“İndiana Peysers” və “Oklahoma-Siti Tander” komandaları seriyanın yeddinci oyununda üz-üzə gəlib. Görüş Oklahoma təmsilçisinin 103:91 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da komanda NBA çempionu adını qazanıb.

“Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin görmə qabiliyyətini itirə biləcəyi deyilir

Həbsdə olan ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin görmə qabiliyyətini itirə biləcəyi deyilir.

Bu barədə iyunun 22-də Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. 

Komitə bildirib ki, fəalı təcridxanada müayinə edən həkim onun “gözünü itirmək riski ilə üzləşdiyini” bildirib. Həkimin sözlərinə görə, vəziyyətin daha da pisləşməməsi üçün Məmmədlinin immuniteti güclü qalmalıdır.

2023-cü il oktyabrın 7-dən Qəzzada öldürülən jurnalistlər Romada yad edilib

İtaliyanın paytaxtı Romada bir qrup mətbuat işçisi 7 oktyabr 2023-cü ildən Qəzzada öldürülən jurnalistlərin xatirəsini yad edib.

“Qəzzə üçün informasiya işçiləri” qrupunun üzvləri paytaxtın Porta San Giovanni meydanında İsrailin Qəzzaya hücumunda həyatını itirən operatorlar, fotojurnalistlər və jurnalistlərin də olduğu 226 mətbuat işçisi üçün anma mərasimi təşkil edib.

Rusiyanın Kiyevə raket və PUA zərbələri nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb

Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi kütləvi raket hücumu nəticəsində şəhərin bir neçə rayonunda yaşayış binaları, biznes mərkəzi, məktəb, metro stansiyası və digər obyektlər zərər görüb.

"Unian" xəbər verir ki, hücum nəticəsində 6 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.

Aralarında ikisi uşaq və hamilə qadın olmaqla 10 nəfər xilas edilib.

KİV: İranda Ukrayna kəşfiyyatının əməkdaşları diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb

İranda Ukrayna kəşfiyyatının üç əməkdaşı diversiyaya hazırlıq ittihamı ilə saxlanılıb.

"Nour News"un xəbərinə görə, onlar İsfahanda yerləşən pilotsuz uçuş aparatlarının (PUA) istehsalı zavodunda təxribat törətməyə hazırlıqda ittiham edilir.

41-ci ad gününü həbsxanada keçirən Tale Bağırzadə karserə salınıb

İlahiyyatçı Tale Bağırzadə iyunun 19-da daxili qaydalara riayət etməmək ittihamı ilə 3 günlük karser cəzasından sonra iyunun 22-də növbəti dəfə 5 günlük cəza alaraq karserə salınıb. Bu barədə məlumatı ilahiyyatçı özü bildirib. O, bildirib ki, iyunun 13-də gecə yarı cəza çəkdiyi 12-saylı müəssisədə dam örtüyündə çöküntüdən sonra həbsxana binaları yaşanmaz hala gəlib.