15 June 2025

İranın vurduğu İsrailin ən mühüm elmi mərkəzi olan Veyzman İnstitutu haqqında nə bilirik?

İran raketi İsrailin ən mühüm elmi mərkəzlərindən biri olan Təl-Əvivin cənubundakı Rehovotdakı Veyzman Elm İnstitutuna düşüb. İnstitut İsrail ordusuna süni intellekt, pilotsuz uçuş aparatları (PUA) və qabaqcıl hərbi texnologiyalar sahələrində texnoloji dəstək verməklə tanınır.

İran və İsrail arasında gərginlik təhlükəli həddə çatdıqda, bazar günü səhər tezdən İran raketi Təl-Əvivin cənubundakı Rehovotdakı Veyzman Elm İnstitutuna düşüb.

QMİ rəsmisi: İsrail-İran münaqişəsi ilə bağlı zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq

“Zəvvarların geridönüş qrafikində heç bir dəyişiklik olmayacaq. 180 nəfərə yaxın ilk zəvvar qrupu sabah AZAL-la Azərbaycana qayıdacaq”.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Hacc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

12 saylı cəzaçəkmə müəsisəsində məhbuslar növbəti dəfə ölüm təhlükəsi ilə baş-başa qalıblar

12 saylı cəzaçəkmə müəsisəsində iyunun 1 də tavanın çökmə səbəbindən həyatını itirən bir məhbus buradakı vəziyyətin necə acınacaqlı olduğuna diqqət çəkdi. Hadisənin günorta, nahar vaxtında baş verməsi faciənin həcmini minimuma endirdi. Bütün dustaqların yeməkxanada olması yalnız bir nəfərin otağda olması uçqun altında qalmasına səbəb oldu ki, bu da məsələnin həllinə baxışın operativliyini qaçılmaz etdi.

İsrailin qaz magistralı dayanır: “Leviafan” yatağı bağlanıb

İsrail İranın mümkün raket hücumlarına görə "Leviafhan" təbii qaz yatağındakı fəaliyyəti dayandırıb.

Artan təhlükəsizlik təhdidlərindən sonra sionist rejimin Energetika Nazirliyi ölkənin ən mühüm təbii qaz yataqlarından biri olan Leviafhan dəniz yatağında əməliyyatları dayandırmaq qərarına gəlib.

Bu yataq Amerikanın Chevron şirkəti tərəfindən idarə olunur və təbii qaz ehtiyatlarına görə İsrailin ən böyük enerji mənbəyidir.

İslam dünyası indi birləşməsə, hamımız eyni aqibətlə üzləşəcəyik!

İsrailin İrana qeyri-qanuni və qeyri-insani hücumundan sonra dünyadan reaksiyalar gəlməkdə davam edir.

Pakistanın müdafiə naziri Haca Asif İsrailin hücumlarına reaksiya verib və İslam dünyasını İsrailə qarşı birliyə çağırıb.

Haca Asif deyib:

“İsrail Yəmən, İran və Fələstini hədəfə alır, İslam dünyası indi birləşməsə, hamımız eyni aqibətlə üzləşəcəyik.

Biz İsrail rejimi tərəfdarlarının bazalarını da hədəfə alacağıq

Adının çəkilməsini istəməyən yüksək rütbəli İran rəsmisi CNN xəbər kanalına müsahibəsində İranın İsrail rejiminə qarşı cavab hücumlarının güclənməsinə işarə edib və vurğulayıb ki, Tehran Təl-Əviv tərəfdarlarının regional bazalarını və bu rejimi müdafiə edən istənilən ölkəni hədəf alacaq.

Yəmən də İsrailə hipersəs raketlə zərbə endirib

Yəmən Silahlı Qüvvələri İsrailin işğal altındakı Yafa bölgəsində yerləşən həssas hədəflərə qarşı ballistik raketlərlə hücum həyata keçirib. Bu barədə Yəmən Ordusunun sözçüsü, briqada generalı Yəhya Səri məlumat verib.

Televiziya ilə yayımlanan bəyanatda bildirilib ki, əməliyyat son 24 saat ərzində müxtəlif vaxtlarda “Fələstin-2” adlı hipersəs ballistik raketlərlə icra olunub. Hədəflərin dəqiqliklə vurulduğu və əməliyyatın uğurla başa çatdığı qeyd olunub.

Qədir Xum Əhli-Sünnə mənbələrdə

İslamda Qədir Xum hədisi qədər sənədi güclü olan hədis yoxdur. 110 səhabədən, 84 tabeindən nəql olunmuş bu hədis haqqında həm sünni, həm də şiə alimləri ayrıca kitablar belə yazmışlar. Ancaq günəş qədər aydın olan bu həqiqəti palçıqla suvamağa çalışanlar da olmuş və onun mötəbər olmadığını iddia etmişlər. Məsələn, onların gətirdiyi dəlillərdən biri budur ki, niyə Qədir Xum hədisi açıq-aşkar şəkildə Səhih-Buxari və Səhih-Muslimdə gəlməmişdir? Baxmayaraq ki, elə Səhih-Müslimdə Qədir Xum hədisinin bir hissəsi Zeyd ibni Ərqəmdən rəvayət edilmişdir.