14 June 2025

İki cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur

Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək.

Yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) qüvvələrini sınayacaqlar.

Onlar 1/32 finalda müvafiq olaraq, kiprli Sofiya Asvesta və braziliyalı Ronald Liman ilə üz-üzə gələcəklər.

Ötən gün tatamiyə çıxan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.

Madurodan Netanyahuya: 21-ci əsrin Hitleri

Venesuela İsrailin İrana hücumunu pisləyib, Tehranı tam dəstəklədiyini və sionist siyasətlərini rədd etdiyini bəyan edib.

Venesuela prezidenti Nikolas Maduro şənbə günü ölkəsinin İsrailin İrana hücumunu qətiyyətlə rədd etdiyini və qətiyyətlə pislədiyini bildirib. Maduro bunun “İran xalqına qarşı cinayət hücumu, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulmasıdır və Yaxın Şərqi gözlənilməz nəticələrlə ciddi eskalasiyaya sürükləyir” deyib.

İsrailin Gürcüstandakı səfirliyi bağlanıb

İyunun 13-də İsrailin Gürcüstandakı səfirliyi bağlanıb.

Bu barədə sosial şəbəkədə səfirliyin səhifəsində yayılan məlumatda deyilib.

İsrailin Gürcüstandakı səfirliyi qeyd edir ki, həmçinin, konsulluq xidməti əlçatan olmayacaq.

“Son vaxtlar baş verən hadisələrlə əlaqədar səfirlik bağlıdır və konsulluq xidməti də əlçatan olmayacaq. Yeniliklər üçün səfirliyin veb səhifəsinə daxil olun”, – məlumatda deyilib.

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 3-ə çatıb, 91 nəfər yaralanıb

İranın ötən gecə İsrailə intensiv raket zərbələri endirib. Bu İsrailin İrana iyunun 13-ü gecəsi etdiyi hava hücumlarına cavabdır.

İsrail tərəfin yaydığı məlumata əsasən İranın endirdiyi raket zərbələri nəticəsində İsraildə ölənlərin sayı 3-ə çatıb, 91 nəfər yaralanıb.

 

İran cavab olaraq İsrailə yüzlərlə raket zərbəsi endirib

İran cavab olaraq iyunun 13-ü axşam saatlarında İsrailə doğru yüzlərlə ballistik raket atıb.

“The Times of Israel” tibb işçilərinə istinadən xəbər verir ki,  təxminən 35 nəfər yaralanıb.

Hücum yerli vaxtla 21:00 radələrində başlayıb.

İlk zərbədən sonra İran İsrailə qarşı daha bir neçə atəş açıb. 

Yerli vaxtla axşam saat 22:00 radələrində İsrailə zərbələrin üçüncü dalğası başlayıb.