06 December 2024

ABŞ İran qarşısında öhdəlikləri ilə bağlı məsuliyyətli deyil

Tehran cümə namazının müvəqqəti xətibi Kazım Siddiqi “ABŞ ilə danışıqlarda heç vaxt irəliyə doğru addım atmamışıq. Amerikalılar İran qarşısında öhdəliklərində özlərini beynəlxalq qanun və qaydalarla bağlı məsul görmürlər.”

Bu həftənin Tehran cümə namazı Ayətullah Kazım Siddiqinin imamlığı ilə qılınıb.

"Atletiko" 11 ildən sonra öz göstəricisini təkrarlayıb

İspaniyanın "Atletiko" klubu 11 ildən sonra öz göstəricisini təkrarlayıb.

Madrid təmsilçisi buna ölkə kubokunun 1/32 finalında "Kasereno"ya qalib gəldikləri matçda nail olub.

Komanda 2013-cü ildən sonra ilk dəfə bir qarşılaşmada 83-cü dəqiqədən sonra üç qol vurub. Paytaxt klubu sonuncu dəfə La Liqada "Saraqosa" ilə görüşdə bunu bacarıb.

Qeyd edək ki, oyun "Atletiko"nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qazaxıstandan taxıl ixracı bu il 12 milyon tona çatacaq

Qazaxıstandan taxıl ixracı bu il 12 milyon tona çatacaq.

Operativtv Report-a istinadən xəbər verir.

"Qazaxıstan hər il 8-9 milyon ton taxıl ixrac edir ki, bunun da 6,5-7,5 milyonu buğdanın payına düşür. İxrac coğrafiyası 40-dan çox ölkəni əhatə edir. Ənənəvi bazarlar Mərkəzi Asiya ölkələri, Əfqanıstan, Çin, Türkiyə, İran, İtaliya və Tunisdir", - məlumatda qeyd olunur.

MeydanTV-nin 5 əməkdaşı saxlanılıb

"Meydan TV"nin əməkdaşları - jurnalistlər Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş, Ramin Deko, Natiq Cavadlı saxlanılıb. 

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Ramin Deko qanunsuz maliyyə gətirməkdə ittiham olunur.

"Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb", - deyə DİN-in məlumatında qeyd olunur. 

Azərbaycan və Ermənistan müqavilə mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəliblər

Azərbaycan və Ermənistan preambula, o cümlədən müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəliblər.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, bunu Ermənistanı xarici işlər naziri Ararat Mirzoyan Maltada ATƏT XİN Şurasında çıxışında deyib.

Həbs olunan hüquq müdafiəçisi Rüfət Səfərovun anası polis idarəsinə çağırılıb

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun anası Tahirə Tahirqızı dekabrın 7-də Binəqədi Rayon Polis İdarəsinə çağırılıb.

Bu barədə Rüfət Səfərovun Facebook səhifəsində qeyd edilib.

Məlumata görə, Tahirə Tahirqızı hüquq müdafiəçisi Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə ifadə verəcək.

“Biz hələ bilmirik onu hansı qismdə çağırıblar, bu barədə məlumatı dəqiqləşdirən kimi paylaşacağıq.

Hacı Ramil Bədəlov bu həftə də silsiləvi “Tövbədən öncə” adlı çıxışının 17-ci hissəsini davam etdirib

İlahiyyatçı Hacı Ramil Bədəlov bu həftə ənənəvi cümə xütbələrini davam etdirib. Sosial media üzərindən canlı yayımlanan “Tövbədən öncə” adlı moizəsinin 17-ci hissəsini bölüşən ilahiyyatçı tövbə üçün zəmin olan vəziyyəti incələyib. O, ötən söhbətinin davamında insanın səhv etdikdən, yanlışlığa yol verdikdən sonra düşəcəyi halda yenidən qalxmağın yollarından danışıb. Bunun üçün başlıca amilin, zehniyyətin istiqamətləndirilməsinin əsas olduğunu bildirən ilahiyyatçı bu düşüncənin “Sübhanəllah zehniyyəti” olduğunu bildirib.

Fransada siyasi xaos

Fransada baş nazir Mişel Barnier hökuməti etimad səsverməsi ilə devrildikdən sonra ölkədə yeni siyasi qeyri-müəyyənlik yaranıb. 1962-ci ildən bəri ölkə tarixində ilk dəfə etimad səsverməsindən sonra hökumət çöküb.

Cəmi 3 aydır baş nazir olan Barnierin istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyi gözlənilir. Lakin bu mərhələdən sonra Makronun hökuməti qurmaq tapşırığını kimə verəcəyi bəlli deyil.

Bakıda Xanım Zəhranın (ə) şəhadət məclisi keçirilib

 Bakının Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə möhtəşəm əza məclisi təşkil edilib.

Məclis, iman dolu bir atmosferdə, yüksək mənəvi duyğularla keçib.

Məscidin imamı, Seyid Şəhadət Heydərov, məclisdə çıxış edərək Xanım Zəhranın (s.ə) həyatı, şəxsiyyəti və İslam tarixindəki müstəsna yeri haqqında dərin mənalı fikirlər önə çəkib.

Naxçıvanda axund intihar edib

Naxçıvanda intihar hadisəsi baş verib. Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri, axund Sahib Məmmədov intihar edib. Dekabrın 4-də o, yaşadığı evdə özünü asıb.

Axundun hansı səbəbdən özünü asdığı bəlli deyil. Lakin insanın özünə qəsd dinə görə ən böyük və bağışlanmaz günah sayılır. Quranda əks olunan ağır cəza bu işin yolverilməz olduğuna bariz nümunədir. Şübhəsiz ki, uzun illər dini fəaliyyətlə məşğul olan axundun da bundan xəbəri olub.

İğdır-Naxçıvan qaz kəmərinin tikintisi yekunlaşıb - Baş konsul

Bildiyimiz kimi, ötən il iki ölkə başçısı tərəfindən İğdır-Naxçıvan boru xəttinin təməli atıldı. Bu il sentyabr-oktyabr aylarına qədər həmin xəttin tikintisinin yekunlaşması nəzərdə tutulurdu və vaxtında da tamamlandı. Açılış olduqdan sonra Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq.

AŞPA məruzəçiləri beynəlxalq birliyi Azərbaycana diplomatik təzyiq göstərməyə çağırırlar

Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) və hüquq müdafiəçilərinin vəziyyəti üzrə baş məruzəçi Emanuelis Zingeris (Litva) Rüfət Səfərovun həbsi ilə bağlı birgə bəyanat yayıblar (Turan).