Bakıda Xanım Zəhranın (ə) şəhadət məclisi keçirilib

 Bakının Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə möhtəşəm əza məclisi təşkil edilib.

Məclis, iman dolu bir atmosferdə, yüksək mənəvi duyğularla keçib.

Məscidin imamı, Seyid Şəhadət Heydərov, məclisdə çıxış edərək Xanım Zəhranın (s.ə) həyatı, şəxsiyyəti və İslam tarixindəki müstəsna yeri haqqında dərin mənalı fikirlər önə çəkib.

Daha sonra, rəvayətlərdən ilham alınaraq rövzələr oxunub, təsirli mərsiyələr səsləndirilib.

Məscidin xidmətçiləri isə soyuq hava şəraitinə baxmayaraq qonaqlara xidmət göstərərək onların rahatlığına diqqət yetiriblər. Bu cür xidmət və fədakarlıq məclisə xüsusi bir gözəllik qatıb, birliyi və həmrəyliyi daha da gücləndirib.

 

 

Az.shafaqna.com