26 November 2024

İmran Xanın tərəfdarları və hakimiyyət qüvvələri arasında qarşıdurma

Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xanın azadlığa buraxılmasını istəyən tərəfdarları çərşənbə axşamı paytaxt İslamabadı mühasirəyə alan yük konteynerlərinin halqasını sındırıblar və hökumətin cavab təhdidlərinə baxmayaraq, təhlükəsizlik qüvvələri ilə toqquşublar.

Qarşıdurma nəticəsində 6 nəfər həlak olub. Minlərlə təhlükəsizlik qüvvələri bazar günündən bəri paytaxt və onun ətrafını əhatə edən etirazları yatırtmaq üçün İslamabadın mərkəzinə toplanıb.

Ehtiyatda olan zabitlər onlara ayrılan pullarını verilməsi tələbi ilə etiraz aksiyası keçiriblər

Noyabrın 26-da Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabitləri etiraz aksiyası keçiriblər.

Zabitlər deyirlər ki, 44 günlük müharibədə iştirak ediblər, yaralanaraq ehtiyata buraxılıblar.

Onların sözlərinə görə, aksiyanın səbəbi onlara ayrılan pulların verilməməsidir: "Cənab Prezidentin sərəncamına əsasən, ehtiyata buraxıldığımıza görə bizə 36 aylıq birdəfəlik kompensasya ödənilməlidir".

Cahad Babakişizadə: “Həbsxanalarda yüzlərlə dindar həyatı məhv edilir”

"Bu gün günahsız insanların başına gəlmiş “Qanlı Nardaran” hadisələrindən 9 il ötür. Məndə 26 noyabr 2015-ci ildə, Nardaran hadisələrində şərlənərək həps edilmişlərdənəm. Artiq  9 ildir ki, həbsxana həyatı yasayıram. O günlərdən illər keçsə də, lakin günahsız insanların həbs siyasəti dəyişmədən davam edir. 

Zülmətə bürünmüş Nardaran səması və ədalət gözləyən “Nardaran” hadisəsi

2015-ci ildə Nardaranda baş verən məlum qanlı cinayət 9 ilini geridə qoydu. Hadisənin zamanı tarixə çevrilsə də, hadisəni zaman tarixə çevirmədi. O, rejimin cinaytlərini göstərmək üçün illər, bütün bu müddət ərzində dəyişmədən qəddarlaşan bir sistemin həqiqətini aşkarlamaqla onun qanun tanımayan varlığını ifşa etdi.

MBH üzvü Rüstəm Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Noyabrın 25-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının daha bir üzvünə hökm oxuyub. Məhkəmə Rüstəm Əsgərov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarükün 20 milyon tona çatdırılmasını hədəfləyir

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarükün 20 milyon tona çatdırılmasını hədəfləyir.

Bunu Qazaxıstanın energetika naziri Almasadam Satqəliyev deyib. 

 “2024-cü ildə Bakı-Tbilisi-Ceyhan vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir”, - deyə Satqəliyev bildirib.

"Hizbullahla razılaşma əldə oluna bilərsə, bunu niyə Qəzzada etmirlər?"

"Qəzza zolağında hələ də geri qaytarılmalı olan 101 girovumuz var. Əgər şimalda atəşkəs ehtimalı varsa, niyə cənubda bunu etməyək?"

İsrail Baş Qərargah rəisinin keçmiş müavini, İsrail Knessetinin üzvü və “Demokratlar” qrupunun rəhbəri general Yair Qolan Netanyahunun Qəzza ilə atəşkəs sazişinin imzalanması və məhbusların geri qaytarılmasında gecikməsini tənqid edib.

Azərbaycan taekvondoçuları “Bosnia Open”də 4 medal qazanıblar

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Azərbaycan taekvondo federasiyasının paylaşdığı məlumata görə, böyüklər arasında çıxış edən Səlimə Quliyeva (46 kq) gümüş, Zemfira Həsənzadə isə bürünc medala sahib çıxıb.