25 May 2023

Yəmən xalqı “Zülmkarlara qarşı etiraz” yürüşündə

    Yəmənin əksər şəhərləri, xüsusilə də paytaxt Səna dünən “Zülmkarlara qarşı etiraz” adı altında təşkil edilən böyük yürüşə şahidlik edib.

Yəmən mediası dünən Yəmənin paytaxtı Sənada və Yəmənin digər şəhərlərində “Zülmkarlara qarşı etiraz” yürüşünün keçirildiyini açıqlayıb. Yəmən xalqı bu yürüşdə işğalçılar və işğalçılara qarşı şüarlar səsləndirərək, Yəmən bayrağını dalğalandırıb və Amerika mallarına embarqonu vurğulayıblar.

İsrail parlamentdə mübahisəli büdcə qanununu qəbul edib

Sionist rejimin baş naziri Binyamin Netanyahunun başçılıq etdiyi koalisiya hökuməti ultra-ortodoks yəhudilərə imtiyazlar verdiyini əsas gətirərək mübahisəli 2023-2024-cü il büdcəsini qəbul edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Netanyahunun koalisiya hökumətini quran ifrat sağçı və ultra-ortodoks yəhudi partiyaları ilə razılığa gəlməsindən sonra parlamentə gətirilən 2023-2024-cü il büdcəsi 64 “hə” və 56 “xeyr” səsi ilə qəbul edilib.

Azərbaycanda danışılmış oyunlara görə 6 futbolçu 2 il , 1 nəfər ömürlük cəzalanıb

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda danışılmış oyunlarla bağlı müzakirələrdən sonra müvafiq qərarlar verilib.

Samir Hüseynov danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilib. Onun AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olmağına qadağa qoyulub.

Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin şikayətini təmin etməyib

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, mayın 24-də Bakı Apellyasiya Məhkəməsi hakim Anar İbrahimovun sədrliyi ilə Xətai Rayon Məhkəməsinin insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə vəkillərin vəsatətinin təmin edilməməsi barədə qərarından şikayəti təmin etməyib.

Mayın 19-da Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Hacıyevin ev dustaqlığına buraxılmaması barədə qərar qəbul edib.

'Tərtər işi' üzrə bəraət alan iki nəfərin hərəsinə 118 min manat ödənəcək

Tərtər hadisələri zamanı dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs olunub 5 il 6 ay sonra bəraət alanlardan bir neçəsinə dövlət 118 min manat təzminat ödəməlidir. Bu barədə Nəsimi rayon Məhkəməsində hakim Nail Abbasov mayın 19-da iki qərar çıxarıb. Bu qərarlardan biri Zaur Abdullayev, digəri isə Vəli Xəlilovun iddia tələbi üzrə çıxarılıb.

İşdə qadınları gizli çəkməkdə ittiham olunan FHN polkovnikinə həbs və...

Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli şəkildə lentə almaqda ittiham olunan polkovnik Zaur Mirzəyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Operativtv.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, mayın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Bu məhkəmədə beş ay davam edən araşdırmaların nəticəsi olaraq, polkovnik şəxsi həyatın toxunulmazlığını pozma, vəzifə səlahiyyətlərini aşma və başqa əməllərdə təqsirli bilinib.