Hicri tarixi ilə Səfər ayının sonuncu gününə (7-Oktyabr) təsadüf edən İmam Rzanın (ə) şəhadət günü, İslam dünyasında hüzn günü olmaqla bərabər, Muhərrəm və Səfər ayları boyunca qeyd olunan matəm günlərinin də bitmə tarixidir.
İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olur. O həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) şəhadət tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində şəhid edildiyini qeyd etmişlər. Hansı ayda şəhid edildiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında şəhid edildiyini söyləmişlər. Növbəxti o həzrətin şəhadət gününü Səfər ayının sonuncu günü qeyd etmişdir. O həzrətin anası Xeyzəran adlanır. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. ("Əl-əimmətu isna əşər”, c. 2, s. 342.)
İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə gedərək 203-cü ilin Səfər ayında şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir.
Bu gün İmam Rzanın (ə) şəhadət günüdür