Sürüşmə zonasında vəziyyət stabilləşməyə doğru gedir

Badamdar sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə ciddi dəyişiklik qeydə alınmayıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

Məlumata görə, yuxarı evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur: "Vəziyyət stabilləşməyə doğru gedir".