Bu ilin altı ayında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 788 mln. ABŞ dolları xərcləyib.
Oxu.Az “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı məlumata istinadən xəbər verir ki, bu məbləğ ötən ilin müvafiq dövründən 5% azdır.
AÇG üzrə xərclərin təqribən 236 mln. dollarını əməliyyat məsrəfləri, 552 mln. dollarını əsaslı məsrəflər təşkil edib. İlin I yarısında AÇG-nin əməliyyat xərclərinin həcmi illik müqayisədə 2,6% artıb, əsaslı xərcləri isə 8% azalıb.
“Azəri-Çıraq-Günəşli” layihəsinə xərclənən vəsait açıqlandı

Oxşar xəbərlər