Ayətullah Xamenei: Fələstin dövlətinin qurulmasında Allahın vədi gerçəkləşəcək!

HƏMAS-ın siyasi ofisinin rəhbəri cənab İsmayıl Haniyə və onu müşayiət edən nümayəndə heyəti günortadan qabaq İslam İnqilabının Rəhbəri ilə görüşdə Ayətullah Xamenei ilə yanaşı, İran xalqı və hökumətinə başsağlığı verib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu görüşdə Fələstin xalqına, xüsusilə də Qəzza xalqına həmdərd olduqlarına görə təşəkkür edib, cənab Haniyənin övladlarının şəhadəti münasibətilə təbrik və başsağlığı verib, HƏMAS siyasi ofisinin rəhbərinin səbrini yüksək qiymətləndirib.

Həzrət Ayətullah Xamenei dedi: Kim inanardı ki, bir gün Amerika universitetlərində Fələstin lehinə şüarlar səsləndiriləcək və Fələstin bayrağı qaldırılacaq və bir gün Yaponiyada və Fələstinin lehinə nümayişlərdə farsca "İsrailə ölüm" şüarı səsləndiriləcək.
O, vurğuladı: Gələcəkdə də Fələstin məsələsində bu gün ağlasığmayan hadisələr baş verə bilər.
İslam İnqilabının Rəhbəri əlavə etdi: İndi də Allahın Fələstin xalqı ilə bağlı ilk vədi yerinə yetdi və bu, kiçik bir qrup olan Qəzzə xalqının Amerika, NATO, İngiltərə və bəzi başqa ölkələrdən ibarət böyük və qüdrətli qruplaşmaya qarşı qələbəsidir. Eyni əsasda ikinci vəd olan sionist rejimin məhvi də reallaşa bilər və Allahın lütfü ilə Fələstinin dənizdən çaya qədər formalaşacağı gün gələcək.