Avropa Peyk Rabitə Təşkilatı İranın ingilisdilli PressTv telekanalının yayımını dayandırıb

Avropa Peyk Rabitə Təşkilatı “EUTELSAT” İranın ingilisdilli Presstv telekanalının öz peyki üzərindən yayımını dayandırıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Fransanın “EUTELSAT” Peyk yayımı şirkəti Avropa İttifaqının İran media qurumlarına qarşı sanksiyalar tətbiq etməsindən bir neçə həftə sonra ingilisdilli xəbər kanalı PressTV-nin yayımını kəsib.

Qeyd edək ki, bu xəbər kanalı son illərdə bir neçə dəfə peyk xidməti təminatçıları tərəfindən müxtəlif “arqumentlərlə” təzyiqlərə məruz qalıb.

İran, EUTELSAT”-ın bu hərəkətinin beynəlxalq qanunlara və media azadlığına zidd olduğunu bildirib.

Bildirək ki, Avropa Birliyi bu yaxınlarda “demokratiyaya dəstək” adı ilə İranın ayrı-ayrı şəxsləri və təşkilatları ilə yanaşı PressTV-yə də sanksiyalar tətbiq edib. Eyni zamanda, ABŞ ötən həftə İranın Radio və Televiziya Korporasiyasının rəhbərini və onun bəzi köməkçilərini, o cümlədən xarici əlaqələr departamentinin rəhbəri və “PressTV” kanalının rəhbərini sanksiya siyahısına daxil edib.