Dünyanın ədalətlə dolacağı bir günü insanlığa Quran vəd verir. Bu isə o deməkdir ki, bu mütləq baş verəcək bir həqiqətdir. Quran bu həqiqəti Allahın saleh bəndələrinin əli ilə gerçəkləşəcəyinə diqqət çəkincə hədislər bu şəxsin kimliyini yetərli və dəqiq buyuruqlarla izah edir. Salehlərin hakim olcacağı dünyanın qurulması üçün hər bir ədalət aşiqi bu işin təkcə seyirçisi deyil, eyni halda qurulması üçün yardımçısı olmalıdır. Bu isə öz növbəsində mövcud durumla razılaşmamaq, daha yaxşı, mükəmməl bir düzənin qurulması üçün bütün güc və bacarıqla çalışmaq tələb edir. Hədis “Fərəcin zühurunu gözləmək ibadətdir” dediyi dünyanın xilaskar simasını bəşərin ədalət kürsüsündə görmək arzusu ibadət olaraq göstərsə də burada əməli ibadəti, bunun üçün çalışmağa da bir o qədər diqqət çəkir.
Məlum bir sətir bu mövzunu aydınladır - “ədalətli düzəm”. Demək gələn düzəm ədalətli bir idarəçilik, dünyanın həsrətində olduğu, hər zaman insanlara vəd verildiyi, ancaq bacarılmadığı dürrü insanlığa hədiyyə edəcək. Bir halda ki, bu gün din və məzhəbindən, düşüncə və siyasi baxışından asılı olmayaraq hər kəs ədalətli düzən üçün mübarizə aparırsa, dünyanın institutları ədalətin bərqərar olmasına çalışırsa demək haqqın ehtiyac meyarı, hətta istənilmədən insanlığı özünə doğru gəlməyə məcbur edir ki, səbəb də insanın fitrətində ədalətin ehtiyac amilidir.
İnsanlıq hər cəbhədə həmən vəd olumuş dövlətin qurulması üçün səfərbərdir. Bura qədər İlahi hökmün icrası insanın ruhuna müvafiq olaraq öz sevgisi və nicatına görədir. Məsələ bu ədalətli düzəmin başında duran şəxsin kimliyi, hansı baxışa və dini düşüncəyə malik olmasıdır ki, bu gün bu, söz mövzusu olaraq danışılır. Lakin unutmayaq ki, günümüzdə biz demokratiya, insan haqları və sair dəyərlərin qorunması və bərqərar olması üçün çalışan şəxslərin fikir və düşüncələrini, əməli addımlarını qəbul edəndə əsla və əsla onun əqidəsini amil götürmürük və belə olan halda da onun qəbuluna problemimimiz yaranmır.
Buna əsas səbəb o şəxsin yalnız məhdud bir bacarıq və mümkün bir iş ətrafında istedadı səbəbinədir. İndi bir şəxs düşünün ki, onun istedadları sonsuz, bilgiləri bütün sahələri əhatə edə bilir. O, ədalət deyəndə hansısa media azadlığı və ya insanın funtamental azadlığına ədalət mövzusunu əhatə etmir, o, ədalət deyəndə insanlıq deyilən tam bir varlığın ruhu və cismi azadlıqlarının həqiqətinə vararaq onun tətbiqini dəqiqliyi ilə gerçəkləşdirə bilir.
O, əməli ədalətin xəyali varlığının dünya insanlığına işlək mexanizm olaraq öz mübarək ruhu və cismi ilə gətirəcək seçilmişdir. O, bu gün insanlığın əlində maraqlara görə istismar olunan ədalətin vəd edilmiş həqiqi tərənnümçüsü, icraçısı və mühafizidir. O, bəşərin gözlədiyi həqiqi İmam Qaim, Hz Mehdidir (ə.f.). Bəşəriyətin arzuladığı həqiqi ədalətin hamisi və icraçısı.
Bu gün insanlığın ədalət bayrağını dünya üzərində dalğalandıracaq həqiqi rəhbərin doğum günüdür. Gəlişi ilə bəşəriyyətə ümid, arzu və dəyər gətirən İslam Peyğəmbəri Hz Muhəmmədin (ə) nəvəsi İmam Əli (ə) və Xanım Zəhranın (s.ə.) sonuncu övladı.
Zühürunun intizarında olan qəlblərə bir daha bayram təbrikimizi bildiririk.
MBH
Arzulardan gerçəkliyə gələn Ədalət