Apellyasiya Məhkəməsi Etibar İsmayılovun qərarını qüvvədə saxlayıb

Yanvarın 11-də Bakı Apellyasiya Məhkəməsi MBH üzvü, keçmiş Qarabağ qazisi, inanclı Etibar İsmayılovun şikayətinə baxıb.

Etibar İsmayılov noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində çıxarılan 9 il 9 ay müddətinə cəza qərarından şikayət edərək apelliyasiya məhkəməsinə müraciət etmişdi.  Apellyasiya Məhkəməsi onun şikayətə baxsa da, birinci instansiyanın qərarını qüvvədə saxlayıb. 

Xatırladaq ki, Etibar İsmayılov 2023-cü ildə Azərbaycanda kütləvi həbslər dalğası çərçivəsində saxlanılıb. Ekspertlər bu həbsləri İran-Azərbaycan arasında gərginliklə əlaqələndirsələr də, dini mütəxəssislər həbslər arxasında ölkədə şiəliyə qarşı reperessiyanın dayandığı qənaətindədirlər.