Almaniyada Quran hafizlərinin beynəlxalq müsabiqəsi keçirildi

Almaniyanın Hamburq şəhərində 33 ölkədən olan şəxslərin iştirakı ilə Quran qarilərinin beynəlxalq müsabiqəsi keçirilib.

Az.shafaqna.com “International Quran News Agency”-ə istinadən xəbər verir ki, sözügedən müsabiqə “Vəqf ən-Nur” Quranın Hifzi Mərkəzi tərəfindən təşkil edilib.

Tədbir 11-13 noyabr tarixlərində 4 kateqoriya üzrə keçirilib:

  • 16 yaşadək olan Quran hafizləri arasında 5 cüzün əzbərdən bilinməsi;
  • 18 yaşadək olan Quran hafizləri arasında 10 cüzün əzbərdən bilinməsi;
  • 25 yaşadək olan Quran hafizləri arasında 15 cüzün əzbərdən bilinməsi;
  • 30 yaşadək olan Quran hafizləri arasında bütün cüzlərin əzbərdən bilinməsi.