Almaniyada dövlət çevrilişinin qarşısı alındı

Alman polisi sağçı ekstremistlərin planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.Məlumata görə, hücum edənlər Bundestaqa basqın etmək istəyiblər. Qeyd olunur ki, əməliyyat çərçivəsində sağçı radikalların 130 ev və ofisində axtarışlar aparılır. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniya prokurorluğunun göstərişi ilə ya sağçı terror təşkilatının üzvü olan, ya da ona dəstək verən 25 nəfəri saxlayıblar.