Azərbaycan İslam Partiyasının (AİP) lideri Hacı Mövsüm Səmədov Gəncə hadisələrinə münasibət bildirib
Bu barədə “İslaminSesi”nə onun vəkili Bəhruz Bayramov məlumat verib.
Mövsüm Səmədov məlum olaylarla bağlı qeyd edib ki, o, zorakılığın və şəxsi qərarlar və təşəbbüslər əsasında kiminsə cəzalandırılmasının əleyhinədir: “Yunis Səfərovun bu hərəkəti qanuna ziddir. Zorakılığın və öz-özünə qərar çıxarmağın əleyhinəyəm. Çünki bu cür hadisələr ölkədə anarxiyaya gətirib çıxarır. Bundan öncə də İsmayıllı və Qubada bənzər hadisələr baş vermişdi. Məmurların özbaşınalığı, rüşvət və korrupsiyaya bulaşmaları, əhaliyə xidmət etmək əvəzinə onlara zülm vermələri, sonda bu cür hadisələrin baş verməsinə səbəb oldu. Təkcə Gəncə icra başçısının deyil, demək olar ki, ölkə məmurlarının böyük əksəriyyətinin xalqla pis rəftarı belə hadisələrə rəvac verir. Hakimiyyət bu hadisələrin səbəbini ölkə xaricində deyil, öz yürütdüyü siyasətdə axtarmalıdır. Yəni bu hadisələr hakimiyyətin yarıtmaz siyasətinin nəticəsidir. Çünki Gəncənin icra başçısı Elmar Vəliyev xalqın əmlakını talayıb, insanları, o cümlədən şəhid anasını təhqir etməkdən çəkinməyib. Bu hadisələrin daha da ağır forma almaması üçün, hakimiyyət ciddi addımlar atmalıdır. “
Mingəçevirdə baş verən hadisələr və ölkənin bir gecədə qaranlığa qərq olması hadisəsinə də münasibət bildirən AİP lideri bunları söyləyib:
“Azərbaycanın təhlükəsizliyinə təhdid mövcuddur. Bunun əsas səbəblərindən biri də dövlət büdcəsindən ayrılan vəsaitlərin korrupsiya yolu ilə mənimsənilməsidir. 2011-ci ildə enerji təhlükəsizliyinə ayrılan 2, 5 milyard vəsaitdən 1,5 milyarddan çoxunun Azərenerji ASC-nin rəhbəri Etibar Piriverdiyev tərəfindən mənimsənilməsi haqda mətbuatda məlumat dərc olunmuşdu. Lakin bu haqda hökumət heç bir tədbir görmədi. Bundan əlavə məlum hadisələrlə bağlı siyasi partiyalar, ictimaiyyət nümayəndələri ayrı-ayrılıqda mövqe sərgiləsələr də, birgə müzakirələrə qoşulmadılar. Mən din xadimlərinin, siyasi partiya mənsublarının və ictimaiyyət nümayəndələrinin birgə və geniş müzakirələr aparmasının tərəfdarıyam və bunu vacib hesab edirəm.”
AİP lideri Mövsüm Səmədov Gəncə olaylarına münasibət bildirib

Oxşar xəbərlər