ABŞ-da Respublikaçılar Partiyasının öndə gələn adlarından olan senator Lindsi Qrem və Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç arasında görüş keçirilib.
Publika.az-a istinadən xəbər verilir ki, görüşdə amerikalı rahib Endryu Branson mövzusu və ikitərəfli münasibətlər müzakirə edilib.
Amerikalı senator tvitterdən etdiyi paylaşımda “Türkiyə səfiri ilə rahib Branson və digər mövzular barədə səmimi və məhsuldar bir görüş keçirdim” yazıb.
“İkitərəfli münasibətlərlə bağlı senator Qrem ilə konstruktiv və səmimi bir görüş keçirdik. Qurucu bir dialoq üçün diplomatik kanalların açıq saxlanılmasının əhəmiyyətli olduğuna dair razılaşdıq”, – Türkiyə səfiri sosial şəbəkədəki səhifəsində qeyd edib.
Qeyd edək ki, Qrem ötən həftə sonu “Fox TV”-yə açıqlamasında Türkiyə ilə əlaqələrin bərpa edilməsi cağırışı etmişdi.
ABŞ və Türkiyə arasında kritik görüş…

Oxşar xəbərlər