ABŞ şahzadəyə qarşı Qaşıqçı işini bağlayır

ABŞ Dairə Məhkəməsinin hakimi, uzun müddət milli təhlükəsizlik işi üzrə direktor vəzifəsində çalışan Con Beyts 2018-ci ildə müxalif jurnalist Camal Qaşıqçının qətlində iştirakına görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı işdən imtina etmək məcburiyyətində qaldığını etiraf edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Qaşıqçının nişanlısı Xəticə Cengiz və öldürülən jurnalistin təsis etdiyi Dawn QHT-nin verdiyi mülki iddianın rədd edilməsi ilə bağlı qərar, 2018-ci ildə vəliəhdin qətlə görə məsuliyyətə cəlb edilməsi üçün edilən səylərin sona çatdığını göstərir.

Bundan əlavə, bin Salman indi ABŞ-a getməkdə sərbəstdir. Onun barəsində iş onu həbs etmək hüququna malik olan ABŞ Prokurorluğu tərəfindən qaldırılmasa da, vəliəhdin bəzi hüquqi problemləri ola bilər.

Məhkəmə bu qərarı ABŞ Dövlət Departamentinin vəliəhd şahzadənin Qaşıqçı qətli işində ittihamlardan toxunulmazlığına malik olduğu fikrini bildirməsindən sonra verib.

Xatırladaq ki, jurnalist 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getdikdən sonra yoxa çıxıb. Türkiyə KİV-i hüquq-mühafizə və istintaq orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, rəsmi orqanlarda Qaşıqçının konsulluq binasında vəhşicəsinə işgəncələrə məruz qalması və daha sonra öldürülməsi faktı təsdiqlənib.