Yəmən Silahlı Qüvvələri İsrailin işğal altındakı Yafa bölgəsində yerləşən həssas hədəflərə qarşı ballistik raketlərlə hücum həyata keçirib. Bu barədə Yəmən Ordusunun sözçüsü, briqada generalı Yəhya Səri məlumat verib.
Televiziya ilə yayımlanan bəyanatda bildirilib ki, əməliyyat son 24 saat ərzində müxtəlif vaxtlarda “Fələstin-2” adlı hipersəs ballistik raketlərlə icra olunub. Hədəflərin dəqiqliklə vurulduğu və əməliyyatın uğurla başa çatdığı qeyd olunub.
Sərinin sözlərinə görə, bu əməliyyatlar İran Silahlı Qüvvələri və İnqilab Keşikçiləri Korpusunun İsrailə qarşı həyata keçirdiyi hücumlarla koordinasiyalı şəkildə həyata keçirilib.
“Bu əməliyyat Fələstin və İran xalqlarının məruz qaldığı zülmə cavab və Qəzzada yaşayan qardaşlarımıza qarşı tətbiq olunan aclıq və susuzluq siyasətinə qarşı bir reaksiya idi,” – deyə bəyanatda vurğulanıb.
Yəmən Silahlı Qüvvələri həmçinin İran İslam Respublikasını – xalqını, ordusunu və rəhbərliyini – sionist təcavüzə qarşı göstərdiyi cəsarət və iradəyə görə salamlayıb.
Qüvvələr Qəzza xalqına və oradakı müqavimət qüvvələrinə dəstəyini bir daha təsdiqləyib: “Təcavüz dayanana və mühasirə qaldırılana qədər verdiyimiz vədə sadiq qalacağıq.”
Sonda Yəmən Ordusu bütün ərəb və müsəlman ölkələrinə çağırış edərək bildirib: “Cihad – Allahın öz dostlarına açdığı cənnət qapılarındandır. Qəzzadakı qardaşlarınıza qarşı edilən israilli cinayətlərə son qoymaq üçün hərəkətə keçin. Bu gün onların başına gələnlər, sabah sizin də başınıza gələ bilər.”
Yəmən də İsrailə hipersəs raketlə zərbə endirib