Səudiyyə Ərəbistanı qlobal neft bazarında itirdiyi payını bərpa etmək üçün xüsusi strategiyanın icrasına başlayıb.
Bunu Bank of America Corp.-un əmtəə araşdırmalarının rəhbəri Fransisko Blanch Bloomberg TV-yə bildirib.
Onun sözlərinə görə, strategiya uzunmüddətli qiymət müharibəsini nəzərdə tutur: “Bu qiymət müharibəsi kəskin və qısamüddətli olmayacaq, əksinə, uzun və mərhələli olacaq”.
Analitikin fikrincə, strategiya daha yüksək istehsal xərcləri ilə üzləşən ABŞ şist istehsalçılarından son illər əldə olunan bazar payını geri almaq məqsədi daşıyır.
Bundan əvvəl “OPEC+” “səkkizlik” ölkələri iyulda hasilatın sutkada 400 min bareldən çox artdığını elan ediblər. Onlar könüllü olataq bazarda qiymətləri dəstəkləmək üçün hasilatı məhdudlaşdırırdılar.
Ekspert bildirir ki, Səudiyyə Ərəbistanı digər OPEC ölkələri ilə də rəqabət aparır: "Onlar 3 ildən artıqdır ki, qiymətləri təkbaşına dəstəkləyirlər ki, bu da rəqiblərə hasilatı artırmağa imkan verirdi. İndi bu, bitdi".
Səudiyyə Ərəbistanı ABŞ neftinə müharibə elan etdi