Ali Məhkəmə işin baxılması üçün onu Apellyasiya Məhkəməsinə geri qaytarıb

Ali Məhkəmə Kamil Mahmudovun şikayətinə baxıb. İyunun 10-da baş tutan iclasda məhkəmə onun barəsində Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından verdiyi şikayəti araşdırılıb.

Məhkəmə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü haqqında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan qərardan şikayəti araşdırıb.
Sonunda hakim Ələsgər Novruzov qərarı elan edib. O, Apellyasiya məhkəməsinin Kamil Mahmudov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını məqbul hesab etməyib. Bununla da hakim işi geri, Apellyasiya Məhkəməsinə qaytarıb.

Xatırladaq ki, Mahmudov Kamil Arif oğlu 2023-cü ilin martında saxlanılıb və barəsində narkotiklərlə bağlı saxta ittiham irəli sürülüb. Məhkəmə qeyd edilən ittiham üzrə K. Mahmudovu müqəssir bilərək onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib.