İki cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur

Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək.

Yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) qüvvələrini sınayacaqlar.

Onlar 1/32 finalda müvafiq olaraq, kiprli Sofiya Asvesta və braziliyalı Ronald Liman ilə üz-üzə gələcəklər.

Ötən gün tatamiyə çıxan yığmanın üç üzvü mükafatçılar sırasına düşə bilməyib.