Müsəlman Birliyi Hərəkatının üzvü Elgiz Məmmədov saxlanılıb. Bu barədə məlumatı ailəsi bildirib. Belə ki, özəl şirkətlərin birində sürücü işləyən Elgiz Keşlə ərazisində mağazaya çatdırma ilə məşğul ikən naməlum şəxslər tərəfindən heç bir səbəb göstərilmədən oğurlanıb. Onun xidmət göstərdiyi maşın da ərazidə qalıb.
Bundan öncə də bu tip inanclıların oğurlanma faktı göstərir ki, Elgiz Məmmədov da eyni ssenarinin qurbanı olub.
Elgiz Məmmədov 2022-ci il mayın 20-də Razi Hümbətovun məhkəmə dinləməsinə gəldiyinə görə saxlanılmışdı.O zamanlar E. Məmmədov 30 gün inzibati cəza alsa da ciddi işgəncələrə məruz qalmışdı. Elgiz də daxil olmaqla saxlanılan 3 inanclını tanımadıqları yerə aparıb, döyərək zorlama ilə hədələmişdilər. Bundan sonra onların bir daha məhkəməyə gəlməyəcəklərini bəyan etməsi ilə bağlı videoya belə çəkmişdilər.
MBH üzvü saxlanılıb