İsrail son 24 saat ərzində daha 123 günahsız fələstinlini qətlə yetirib, 474 nəfəri isə yaralayıb.
Bununla bağlı Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da, 2023-cü il 7 oktyabrdan bəri davam edən bombardmanlar və müxtəlif hücumlar nəticəsində öldürülən dinc fələstinlilərin sayı 55 104 nəfərə, xəsarət alanların sayı isə 127 394 nəfərə çatıb.
İsrail 18 martda atəşkəsi pozduğu gündən etibarən isə 4 821 günahsız Qəzza sakinini qətlə yetirib, 15 353 nəfər isə yaralayıb.
Qeyd edək ki, həyatını itirənlərin və yaralananların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.
Həmçinin minlərlə dinc fələstinli isə itkin düşüb.
Xatırladaq ki, İsrail Qəzza sektorunu hərtərəfli – havadan, sudan və qurudan blokada altında saxlayır, bölgədə ərzaq, su və dərman çatışmazlığı yaşanır, insanlar aclıqdan əziyyət çəkir, rəsmi statistika aparıla bilmədiyi üçün, dəqiq sayı bilinməsə də, artıq çox sayda insan aclıqdan dünyasını dəyişib.
İsrailin qətlə yetirdiyi fələstinlilərin sayı 55 mini keçdi