Siyasi məhbus ruhani Şeyx Sərdar Hacıhəsənlinin 3 ay müddətinə kamera tipli otağa (PKT) keçirilməsi barədə qərar qəbul olunub.
Bu barədə Şeyx Sərdarın yaxınları məlumat verib.
Onların bildirdiyinə görə, Şeyx Sərdar 17 May 2025-ci il tarixindən Umbakı qəsəbəsində yerləşən qapalı tipli həbsxanadan 1 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Elə həmin gündən heç bir səbəb göstərilmədən, müxtəlif bəhanələrlə o, karserdə saxlanılır.
Qeyd edək ki, 2024-cü ildə 7 saylı cəzaçəkmə müəssisəsində 3 ay karserdə saxlanılan Şeyx Sərdar Hacıhəsənli həmin ilin may ayından 1 il müddətində qapalı tipli cəzaçəkmə müəssisəsi rejiminə köçürülüb. Şeyxin 17 may 2025-ci il tarixində Umbakı qəsəbəsində yerləşən qapalı tipli həbsxanada 1 illik saxlanılması haqqında cəza müddəti başa çatdıqdan sonra, o, 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Elə həmin gündən sifarişlə Şeyx Sərdar bu müəssisədə 8 iyun tarixinədən karserə saxlanılıb. 8 iyun tarixində Şeyx Sərdar Hacıhəsənlinin karser müddəti bitdikdən sonra 3 ay müddətinə kamera tipli otağa (PKT) keçirilməsi barəsində 3 aylıq qərar qəbul olunb. O, hazırda 1 saylı cəzaçəkmə müəssisəində kamera tipli otaqda (PKT) saxlanılır.
Maidə
Şeyx Sərdar Hacıhəsənlinin 3 ay müddətinə kamera tipli otağa keçirilməsi barədə qərar qəbul olunub