İsrailin Gürcüstandakı səfirliyi bağlanıb

İyunun 13-də İsrailin Gürcüstandakı səfirliyi bağlanıb.

Bu barədə sosial şəbəkədə səfirliyin səhifəsində yayılan məlumatda deyilib.

İsrailin Gürcüstandakı səfirliyi qeyd edir ki, həmçinin, konsulluq xidməti əlçatan olmayacaq.

“Son vaxtlar baş verən hadisələrlə əlaqədar səfirlik bağlıdır və konsulluq xidməti də əlçatan olmayacaq. Yeniliklər üçün səfirliyin veb səhifəsinə daxil olun”, – məlumatda deyilib.

* İsveçdəki səfirliyindən bir müddət əvvəl bildirilib ki, son hadisələr fonunda İsrail dünyadakı diplomatik nümayəndəliklərini bağlayacaq və konsulluq xidmətləri göstərilməyəcək.