İsrail dünyadakı bütün səfirliklərini bağlayır

İsrail bütün ölkələrdəki səfirliklərini bağlamaq qərarı verib. 

İsrailin Xarici İşlər Nazirliyi verdiyi bəyanatda, həmçinin, konsulluq xidmətlərinin də təmin olunmayacağını bildirib. 

Qərarın nə qədər qüvvədə olacağı bəlli deyil. 

Nazirlik, həmçinin, ölkə xaricində olan İsrail vətəndaşlarından olduqları məkan barədə forma doldurmalarını istəyib. 

2023-cü il oktyabrın 7-də HƏMAS qruplaşmasının İsrailə hücumundan sonra da vətəndaşlardan oxşar forma doldurmaları istənilmişdi və ehtiyatda olan hərbi qulluqçuları qeydiyyata almaq məqsədi daşıyırdı. 

İsrail ordusu iyunun 13-ə keçən gecə İrana zərbələr endirib. Zərbələr nəticəsində İranın Tehran, Təbriz, Natanz və Kirmanşah şəhərlərində partlayışlar müşahidə olunub və ordu rəhbərliyindən olan şəxslər və nüvə alimləri öldürülüb.