İsrailin “Haaretz.com” saytı yazır ki, Azərbaycan Türkiyənin etirazlarına baxmayaraq, İsrailə neft ixracına davam edəcəyinə söz verib. İsrail mənbələri sayta bildirib ki, neftin İsrailə satılması ilə bağlı ölkə daxilində etirazlarla üzləşən Ərdoğan hökumətinin təzyiqlərini səngitmək məqsədilə Azərbaycan İsrailə birbaşa ixracı dayandırmaq qərarına gəlib. Azərbaycan İsrailə neft ixracı ilə bağlı rəsmi məlumat verməyi dayandırsa da, İsrailə neft tədarükünü davam etdirəcək.
Xatırladım ki, Azərbaycan İsrailin neftə olan tələbatının 40 faizini ödəyirdi. Yəni bu həcmdə olan bir bazardan Azərbaycanın imtina etməsi böyük itkilər deməkdir. Həm də söhbət İsraildən gedir. Bu ölkə Azərbaycan üçün xüsusi statusdadır, həyati əhəmiyyət daşıyır.
O da sirr deyil ki, Azərbaycan və İsrail arasında dostluq münasibətləri Türkiyədə narazılıqla qarşılanır. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə-Azərbaycan media nümayəndələrinin görüşü zamanı Azərbaycan-İsrail əməkdaşlığı, Qəzzada baş verən soyqırımında Azərbaycanın “töhfəsi” haqqında materiallar dərc edən bəzi Türkiyə qəzetlərinə açıq şəkildə etirazını bildirdi: “Bu, bizim qəlbimizə toxunur”.
H. Hacıyev Qarabağ məsələsi ilə bağlı İsraildən alınan hərbi, diplomatik dəstəkdən danışdı, sonra isə Azərbaycanın İsrailə neft satdığı ittihamlarına cavab verərək, bu ittihamları irəli sürənlərin hətta neft bazarının necə işlədiyindən belə xəbərsiz olduğunu söylədi. Bildirdi ki, Azərbaycan nefti Türkiyə limanına çatdırılır. Oradan isə müxtəlif gəmilər nefti müxtəlif ölkələrə daşıyırlar...
Sosial şəbəkələrdə Türkiyə vətəndaşları Azərbaycanı Qəzzanı bombalayan İsraillə əlaqələr qurmaqda günahlandırırlar. Türkiyəli millət vəkili Ömer Faruk Gergerlioğlu İsraili dost adlandırdığı üçün Azərbaycanı tənqid edib: "İsrailə dostumuz deyirsiniz. Ondan sonra da "iki dövlət, bir millət". Belə şey olarmı?! Utanın, körpələr ölərkən, əməkdaşlıqmı olar?!"
Müsavat.
Azərbaycan İsrailə neft satışını dayandırdı?