Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.

İlk yarış günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayama ilə üz-üzə gələcək.

Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşacaq.

1/32 finaldan başlayacaq Könül Əliyeva (48 kq) isə ABŞ təmsilçisi Mariya Seliya Labordeni məğlub etməyə çalışacaq.

Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

 

Report