İran İslam İnqilabının Ali Rəhbəri: "Sionist rejim bu cinayəti ilə özü üçün acı və ağrılı aqibət hazırladı və onu mütləq dadacaq"

İsrail rejiminin bu səhər İran İslam Respublikasına hücumuna İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei mesaj verib. Mesajın mətni belədir:

Rəhman və Rəhim olan Allahın adı ilə

Böyük İran xalqı!
Sionist rejim bu səhər öz çirkin və qanlı əlini əziz məmləkətimizdə cinayətə uzadıb və yaşayış mərkəzlərini vurmaqla hər zamankindən daha çox öz şər sifətini üzə çıxarıb. Rejim ağır cəza gözləməlidir.
İslam Respublikasının silahlı qüvvələrinin qüdrətli əli, inşallah, onu tərk etməyəcək.
Düşmən hücumlarında bir neçə komandir və elm xadimi şəhid olub. Onların davamçıları və həmkarları inşallah dərhal öz vəzifələrinə davam edəcəklər.

Sionist rejim bu cinayəti ilə özü üçün acı və ağrılı aqibət hazırladı və onu mütləq dadacaq.

Seyyid Əli Xamenei
1404/3/23 (13.06.2025)