İsrailin 200-dən çox qırıcı təyyarəsi İranda 100 hədəfə zərbə endirib

200-dən çox İsrail təyyarəsi İrana zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox qırıcı təyyarə İranın yüksək rütbəli hərbi komandirlərinin iqamətgahları da daxil olmaqla, İran boyu 100-dən çox hədəfə hücum edib.

İran İslam Respublikasının yaydığı məlumata əsasən İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami, ordunun baş komandanının müavini general-mayor Qulam Əli Rəşid, Nüvə alimləri Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi, İslam İnqilabı Keşikçiləri Korpusu Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri və aralarında uşaqların, qadınların da olduğu çoxlu sayda mülki şəxslər bu səhər İsrailin İrana hücumu nəticəsində şəhid olub.

Məsələ ilə bağlı İranın Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamenei bəyanat yayaraq “Sionist rejim bu cinayəti ilə özü üçün acı və ağrılı aqibət hazırladı və onu mütləq dadacaq” söyləyib.