“Yaradana qayıtmaq nə gözəldir” - Əfsanəvi futbolçu müsəlman oldu

Keçmiş ispan futbolçu Xose İqnasio (Jota) Peleterio sosial media hesabında yayımladığı video ilə müsəlman olduğunu açıqlayıb.

İspaniyanın “Selta Viqo”, “Eybar” və “Alaves”, İngiltərənin “Brentford”, “Birmingem Siti” və “Aston Villa” klublarında çıxış edən 39 yaşlı Jota Peleiro İslam dinini 11 illik dostu, Küveytli  keçmiş futbolçu Faysal Buresli vasitəsilə öyrəndikdən sonra müsəlman olduğunu açıqlayıb.

Peleyro sosial şəbəkədə yayımladığı videoda Bureslini təkrarlayıb və şəhadət oxuyub və müsəlman olub.

Keçmiş ispaniyalı futbolçu küveytli dostu Buresliyə də müraciət edərək, "Allah sizə bol ruzi və xoşbəxtlik nəsib etsin. Çoxdan gözlənilən Ramazana bir ay qalmış Yaradana qayıtmaq nə böyük nemətdir" deyib. 

Küveytin "Əl Qabas" qəzetinə danışan Peleiro, "Özümü çox xoşbəxt və güclü hiss edirəm. Həyatımın ən yaxşı dövründəyəm" deyib. 

İspaniya mətbuatı Peleyronun İslamı qəbul etməsinə geniş yer ayırıb.

 

Unikal.az