Türkiyə və Bolqarıstan təbii qaz nəqli ilə bağlı müqavilə imzalayıb

Türkiyə və Bolqarıstan arasında illik 1,5 milyard kubmetrə qədər təbii qaz ötürülməsini nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb.

Operativtv.com Report-a bu barədə Türkiyənin "Haber Türk" telekanalına istinadən xəbər verir.

Enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib ki, bu müqavilənin müddəti 13 ildir: "İldə təxminən 1,5 milyard kubmetr qaz nəql olunacaq. Bu, başda Bolqarıstan olmaqla Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək, eyni zamanda Türkiyənin qaz mərkəzinə çevrilməsi üçün atılan mühüm addımlardan biridir”.