Fevralın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesi yenə iş materiallarının tədqiqi ilə davam edib. Tofiq Yaqublunun qızı Amerikanın Səsinə bildirib ki, məhkəmə prosesi artıq 8 aydır keçirilir. Onun sözlərinə görə, bu müddət ərzində məhkəmə prosesləri ayda 1-2 dəfə olmaqla keçirilib və işə baxılma müddəti uzadılır.
"Tofiq Yaqublu bu gün bir daha bütün faktları dilə gətirdi. Cinayət işinin saxta olduğunu dəlillərlə darmadağın etdi. Nə dövlət ittihamçısı, nə də hakim o faktların qarşısında tutarlı cavab verə bildi. Elə dedilər ki, "biz bu məsələni aydınlaşdıracağıq", - Həzi bildirib.
Nigar Həzi qeyd edib ki, Tofiq Yaqublu məhkəməyə 3 vəsatət verib - hal şahidlərinin məhkəməyə gətirilib dindirilməsi, zərərçəkən şəxsin "WhatsApp" yazışmaları ilə bağlı dindirilməsi, həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətlər qaldırıb:
"Vəsatətlər təmin olunmadı, hakim çox absurd bir əsaslandırma gətirdi. Guya Tofiq Yaqublu ibtidai istintaqa mane ola bilər. İbtidai istintaq 9 aydır ki, bitib. Hansı ibtidai istintaqdan söhbət gedə bilər? Tofiq Yaqublu hansı sənədləri saxtalaşdıra bilər? Ortada hansı sənədlər var? Heç bir şeyə arqument gətirə bilmirlər, əsaslandıra bilmirlər. Tofiq Yaqublu haqlı olaraq deyir ki, "sizin mənə demək istədiyiniz odur ki, biz əcəb edirik, biz hüquq tanımırıq, bizə nə deyiləcək biz onu edəcəyik. Biz yuxarıdan tapşırıq gözləyirik". Sadəcə bunu deməyə cəsarətləri çatmır. Atam məhkəmədə bir daha qeyd etdi ki, "mən bu qədər həbs olunmuşam, barəmdə bu qədər cinayət işi olub, bu qədər hakim qarşısına çıxmışam, amma hələ də mənim prosesimdə bir mantiyalı, bir rütbəli adam görmədim ki, çıxsın "mən belə işdə iştirakçı olmaq istəmirəm, mən bu cinayət işində məsuliyyət daşımaq istəmirəm" desin. Bu gün hakimlər, dövlət ittihamçıları və məhkəmədə iştirak edən hamı Tofiq Yaqubluya qarşı cinayət törədirlər. Tofiq Yaqublunun ömründən gedir, İlham Əliyevin kefi istəyir deyə, bu belə olacaq?".
Növbəti proses fevralın 19-a təyin olunub.
Tofiq Yaqublu 2023-cü ilin dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.
Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.
Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Tofiq Yaqublunun məhkəməsi: “Heç bir arqument gətirə bilmirlər, əsaslandıra bilmirlər”