Bakı Ağır Cinayətlər Məhkəməsində müxalif siyasətçi Tofiq Yaqublunun məhkəməsində digər təqsirləndirilən Elnur Vaqıfoğlunun ifadəsi dinlənilib.
O, Yaqublunu 2000-ci illərin əvvəllərindən tanıdığını iddia edib.
Vaqifoğlu daha sonra qeyd edib ki, bu iş üzrə zərərçəkmiş kimi tanınan Elşən Hüseynov ona mühacirətdə köməklik göstərilməsi xahişi ilə müraciət edib.
Vaqifoğlu da öz növbəsində Yaqubludan kömək istəyib.
Vaqifoğlunun sözlərinə görə, Yaqublu xaricdə siyasi mühacirətdə olan jurnalist Qənimət Zahidin vasitəçiliyi ilə bir gün ərzində Elşən Hüseynova viza təşkil edəcəyini vəd edib.
Bunun müqabilində Yaqublu 25 min avro istəyib və guya bu vəsaiti alıb.
Yaqublu bu iddiaları rədd edib.
O, Vaqifoğlunu tanımadığını deyib. Eyni zamanda, Yaqublunun sözlərinə görə, Vaqifoğlu fəalların məhkəmələri vaxtı ona bir neçə dəfə yaxınlaşıb və tanışlıq etməyə cəhd edib.
“Bir dəfə o, hətta Gürcüstanda qohumlarımın olmasını nəzərə alaraq, mənə Mixail Saakaşvilinin müdafiəsini təşkil etməyi təklif etdi. Təbii ki, imtina etdim”, - Yaqublu bildirib.
O, cinayət işində ona viza üçün pasportun surətinin verildiyinin qeyd olunmasına diqqət çəkib.
Vaqifoğlu məhkəmədə bunu təsdiqləyib.
“Təkcə bu ifadə artıq bu cinayət işinin absurdluğunu göstərir. Kim 1 günə viza verirlər, özü də pasportun surətinə əsasında?”, - deyə Yaqublu vurğulayıb.
O, həmçinin məhkəmə iclasının videoçəkilişinə qadağa qoyulmasından hiddətləndiyini bildirib.
Növbəti məhkəmə iclası avqustun 8-nə təyin edilib.
Xatırladaq ki, Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də dələduzluq, saxtakarlıq, qanunsuz olaraq rəsmi sənədlərin hazırlanması və saxta sənədlərdən istifadə ittihamı ilə həbs olunub.
Yaqublu ittihamları uydurma adlandırıb. Siyasətçi əvvəllər də dəfələrlə cinayət təqibinə və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.
Turan.az
Tofiq Yaqublu istintaqın yalanlarını ifşa edib